40 min əsgər, 500 tank: “Rusiya mart ayına qədər oranı ələ keçirəcək”

Baxılıb:130
40 min əsgər, 500 tank: “Rusiya mart ayına qədər oranı ələ keçirəcək”

Rusiya Kupyansk istiqamətində 500-ə yaxın tank, 600-dən çox döyüş maşını və 40 minə yaxın əsgər yığıb. Məqsəd 2022-ci ilin payızında rusların qovulduğu Xarkov vilayətinin ərazisini geri almaqdır.

“Rusiya Federasiyası 2024-cü ilin mart ayına qədər Donetsk və Luqansk vilayətlərini və Xarkov vilayətinin bir hissəsini Oskol çayına qədər tamamilə ələ keçirməyi planlaşdırır”, – deyə Ukrayna Müdafiə Strategiyaları Mərkəzi izah edib.

“”Mart ayına qədər” müddəti onunla izah olunur ki, məhz o zaman Rusiyada seçkilər keçiriləcək. Xarkov vilayətinin bir hissəsi Ukraynadakı Rusiya ordusundan seçki günü Putinə hədiyyə olacaq”, – “Forbes” yazır.

Yuxarıda sayı qeyd edilən rus qrupuna 20 minə yaxın hərbi qulluqçu, bir neçə yüz tank, döyüş maşınları və haubitsaları olan təxminən 10 Ukrayna briqadası qarşı çıxır. Nəşr qeyd edir ki, əsas problem hətta say azlığı deyil, sursat çatışmazlığıdır. Mərmilərin sayında 5 qat üstünlüyə malik Rusiya Ukraynanın əks-batareya atəşindən qorxmadan artilleriyasını cəmləşdirə bilir.

Ukraynanın “Frontelligence Insight” analitik qrupu izah edir: “Bu vəziyyət Rusiyaya məlum yanaşmanı tətbiq etməyə imkan verir: şəhər ərazilərinin sistematik şəkildə dağıdılması, onları müdafiəsiz vəziyyətə salması. Onların sözlərinə görə, artıq Kupyansk ətrafında artilleriya atəşinin təsiri hiss olunur”.

Ukrayna minlərlə FPV pilotsuz uçan aparatlardan istifadə etməklə sursat çatışmazlığını kompensasiya etməyə çalışır, lakin belə pilotsuz təyyarənin uçuş məsafəsi cəmi 2-3 kilometrdir. Bu, cəbhədən 20-25 km aralıda yerləşən rus artilleriyasını ovlamaq üçün çox azdır.


Abunəlik