Hacıqabul rayonu Kolanı məktəbində pul yığılır? MÖVQE

Baxılıb:435
Hacıqabul rayonu Kolanı məktəbində pul yığılır? MÖVQE

Adının çəkilməsini istəməyən şəxs AzTimes.az-a müraciət edərək iddia edir ki, Haciqabul rayonu Kolanı kənd tam orta məktəbində ibtidai siniflərdə hər bir şagirddən məcburi şəkildə 7 AZN  pul yığılır. Buna səbəb kimi 20 Yanvar 2024-cu il tarixində Hacıqabul rayonuda fəaliyyət göstərən “Avropa  kursu” nun təşkil edəcəyi sınaq imtahanlarıdır. Sakin deyir ki, pulun yığılması birbaşa məktəbin direktoru Arifə Əliyeva tərəfindən təşkil olunur.
Məsələ ilə bağlı məktəb rəhbərliyi ilə əlaqə saxladıq. O, AzTimes.az-a cavabında bildirdi ki,  Avropa kurlarının imtahanları noyabr ayında təşkil olunub. O zaman isə heç bir şagird imtahanda iştirak etməyə məcbur edilməyib.” Müraciət edən şəxsin iddiası tam əsassızdır. Birincisi mən seçki komissiyasının sədri olduğum üçün vəzifə səlahiyyətləri başqa şəxs tərəfindən idarə olunur.   Sınaq imtahanlarının keçirilməsinə gəlincə, 20 Yanvar xalqımızın qan yaddaşıdır. Həmən gün ancaq şəhidlərimiz yad edilə bilər. Mən rəhbərlik etdiyim məktəbdə belə sınağın keçirilməsinə heç vaxt şərait yaratmaqdan.”

P.S. valideynlər bilməlidir ki, şagirdlər digərlərindən seçilməmək üçün bəzən yalan danışırlar. Buna təcrübədə çox rast gəlinir. Belə halları ictimailəşdirmək üçün tələsməkdənsə, məktəblə sıx əlaqədə olmaq lazımdır.


Abunəlik