Ər evindən qaçan azyaşlı təqib edilir- Aidiyyəti qurumların nəzərinə!

Baxılıb:228
Ər evindən qaçan azyaşlı təqib edilir- Aidiyyəti qurumların nəzərinə!


AzTimes.az xəbər verir ki, bu barədə azyaşlının qonşuları məlumat verib. Göygöl rayonu Hacıməlik qəsəbəsi sakini 2007-ci il təvəllüdlü N.A(adlar şərtidir) bir müddət öncə 40 yaşlı kişiyə ərə verilib .N.A. həyat yoldaşı ilə toya gedib, ordan da kiməsə qoşulub qaçıb. Bir müddət sonra qız qaytarilaraq qəsəbəyə düşürülub. Qonşular deyir ki, həmin gündən nə qızı, nə də nənəsini görən olmayıb. Buna səbəb isə qızın bibilərinin 11-ci sinif şagirdi olan qardaşının onu namusları ləkələndi deyə öldürməyə təhrik etməsi göstərilir.

YENİLƏNDİ

DİN mətbuat xidmətindən və Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsindən AzTimes.az-a verilən məlumata görə qurum əməkdaşları ailə ilə görüşüb. Bildirilib ki, qız evdədir. Ailə də təsdiqləyib ki, qardaşı əsəbi olduğu üçün müəyyən hədə -qorxu dolu ifadələr işlədib. Amma hal-hazırda hər şey nəzarət altındadır.

Baş prokurorluq və DİN məsələ ilə bağlı araşdırma başladıb.


Abunəlik