“Azərbaycan Uşaqları” İctimai Birliyinin 30 ili tamam olur
Bu il “Azərbaycan Uşaqları” İctimai Birliyinin 30 ili tamam olur.
“Azərbaycan Uşaqları” İctimai Birliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məişət zorakılığı qurbanlarına xidmətlərin göstərilməsi məqsədi ilə akkreditasiyadan keçmişdir.
Birliyin əsas vəzifələri uşaq və yeniyetmələrə müstəqil həyata hazırlanmağa,ölkənin layiqli vətəndaşı kimi yetişmələrinə kömək etməkdən ibarətdir.Təşkilat ictimai fəal şəxsləri ətrafında birləşdirməklə uşaqların sosial,hüquqi baxımdan müdafiəsi,hərtərəfli inkişafları,istedad və bacarıqlarının aşkara çıxarılması,eləcə də asudə vaxtlarının təşkil olunması məqsədi ilə müxtəlif proqram və layihələr həyata keçirir.Bildiyiniz kimi 2007-ci ildən təşkilatın nəzdində 24 saat ərzində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi açılmışdır.Mərkəzdə məişət zorakılığının qurbanı olan və ya potensial qurban olan baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyası həyata keçirilir.Mərkəzdə çətin şəraitdə yaşama səbəbindən zorakılığın bütün növlərinə məruz qalan,kimsəsiz,baxımsız uşaqlara sosial,tibbi,psixoloji,hüquqi yardımın göstərilməsi,peşə bacarıqlarının inkişaf etdirilməsi ,onların sığınacaqla ,təhsillə,paltarla qida ilə ,asudə vaxtının təşkili ilə bağlı zəruri xidmət paketi ilə təmin edilmələri həyata keçirilir.Hər il Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində 250-300 nəfər uşaq və yeniyetmə reabilitasiya keçir.Reabilitasiya müddəti 3-6 ay,məhkəmə proseslərindən asılı olaraq 1 il müddətində davam edir.Reabilitasiya bitdikdə ailələrinə bərpa və ya dövlət müəssisələrinə yerləşdirmə həyata keçirilir.Uşaqların yaş həddi 0-18 yaş arasındadır.
2022-ci ilin sentyabr ayından “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində əlavə olaraq iki mərkəz yaradılıb. İlk olaraq Sosial Sahədə Fəaliyyət göstərən Gənclərin Təlim və Tədris Mərkəzi
2022-ci ildən 400 nəfər təcrübəçi və 300-nəfərdən çox könüllünü müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi məqsədi ilə təlim proqramlarına cəlb edib,daha sonra həmin gənclər müxtəlif layihələrin iştirakçıları və təşkilatçıları kimi fəaliyyətlərini davam etdiriblər.
İkinci yaradılan Qadınlara Dəstək və Reinteqrasiya Mərkəzi 100 nəfər qadına sosial və psixoloji xidmətlər göstərilib,peşə kurslarına cəlb olunublar.10 nəfər qadının işlə təmin olunması istiqamətində mərkəz tərəfindən köməklik göstərilib.12 nəfər qadına cəzaçəkmə müəsissələrində xidmətlər göstərilib.