Göyçay polisindən əməliyyat-Qanunsuz silahlar aşkarlanıb

Baxılıb:205
Göyçay polisindən əməliyyat-Qanunsuz silahlar aşkarlanıb

Göyçayda vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürülüb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzTimes.az-a verilən məlumata görə, son günlər ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmadan saxladıqları 6 tüfəng aşkar edilərək götürülüb.
Cari il ərzində isə polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər zamanı 2-si tapança, 1-i yivli “TOZ-8”, 33-ü isə ov tüfəngi olmaqla ümumilikdə 36 odlu silah götürülüb. Aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq həmin 36 silahdan 5-ini vətəndaşlar könüllü şəkildə polisə təhvil veriblər.


Abunəlik