Məişət zorakılığı əleyhinə mübarizəyə həsr olunan konfrans keçirilib

Baxılıb:1800
Məişət zorakılığı əleyhinə mübarizəyə həsr olunan konfrans keçirilib

AzTimes.az xəbər verir ki, “Azərbaycan Uşaqları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Regionlarda gender əsaslı zorakılıq və məişət zorakılığı əleyhinə mübarizə sahəsində təşəbbüs qruplarının yaradılması” layihəsinin hesabat konfransı keçirilib.

Layihə “Çevik Ekspertlər Qrupu” nun tərəfdaşlığı ilə həyata keçirilib.

Konfransda Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva və nümayəndələri, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini İmran Əliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva,Sosial Xidmətlər Agentliyinin nümayəndəsi,TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri,Qeyri Hökumət təşkilatlarının rəhbərləri və digər rəhbər şəxslər iştirak edib.

Konfransın açılışında “Çevik Ekspertlər Qrupu”nun üzvləri layihə haqqında tədbir iştirakçılarına təqdimat-slayd,Azərbaycanda gender əsaslı zorakılıq,məişət zorakılığının qarşısının alınması istiqamətində aparılan fəaliyyətlər barəsində ətraflı məlumat verib.

Layihə çərçivəsində hazırlanmış Füzuli,Biləsuvar,Neftçala rayonları üzrə gender əsaslı  zorakılığın qiymətləndirmə hesabatı və  real həyat hekayələri əsasında çəkilmiş “saat” video-çarxı nümayiş olunub.

Layihənin yekununda Füzuli,Biləsuvar,Neftçala rayonları üzrə yaradılmış Təşəbbüs Qrupları nümayəndələrinin təqdimatları dinlənilib.


Abunəlik