Astarada 16 yaşlı qız nişanlandı-DİN məlumat YAYDI

Baxılıb:168

Astarada 16 yaşlı qızın nişanlanması hadisəsi ilə bağlı DİN məlumat yayıb:

“Ailənin yaşadıqları evdə 16 yaşı tamam olmuş həmin qızın gələcəkdə ailə qurmasına razılıq verilməsi münasibətilə yığıncaq təşkil etmək istəmələri ilə bağlı polisə və Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya məlumat daxil olub. Dərhal Astara Rayon Polis Şöbəsinin əməkdaşları və komissiyanın sədri sözügedən ünvanda olub və qızın valideynləri ilə izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib. Valideynləri isə övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra toyun keçiriləcəyini bildiriblər. Sözügedən məsələ mütəmadi şəkildə diqqətdə saxlanılacaq”.


Abunəlik