Abşeron rayon İH- dan AÇIQLAMA/VİDEO

Baxılıb:387
Abşeron rayon İH- dan AÇIQLAMA/VİDEO

Xırdalan 2 saylı tam orta məktəbin qarşısında kücə itlərinin məktəblilər üçün təhlükə yaratması göruntüləri ilə bağlı AzTimes.az saytının sorğusuna cavab olaraq Abşeron rayonu İcra Hakimiyyəti mətbuat xidmətindən cavab:

Tərəfimizdən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ətraf yaşayış massivlərindən sahibsiz heyvanların rayon ərazisinə kütləvi axını vardır. Bakı şəhəri ərazisində yerləşən “Toplan” sahibsiz itlərə qayğı mərkəzi ilə tərəfimizdən təmas qurulmuşdur. Lakin onlar ancaq Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərmələri barəsində məlumat vermişlər. Sahibsiz itlərə qarşı istər hüquqi müstəvidə, istər hümanist davranma, istərsə də insanlıq dəyərləri nöqteyi nəzərindən tərəfimizdən hər hansı bir radikal addımın atılması mümkün olmamışdır. Bütün bunları nəzərə alaraq Rayon İcra Hakimiyyəti tərəfindən mütəxəssislərin də rəyi nəzərə alınmaqla Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanmışdır. Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulmuşdur.

Tərəfimizdən layihənin smeta xərcləri işlənilib hazırlanmış, bu layihənin tikintisi üçün də maliyyə vəsaiti ayrılmış, xidməti personal təyin edilmişdir. Bütün bu işlərə paralel olaraq tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilmişdir. Hal-hazırda aidiyyatı qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Ötən müddət ərzində torpaq sahəsinin sənədləşdirilməsi məqsədi ilə mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti qurumlara tərəfimizdən müraciət olunmuşdur. Sənədləşmə işlərinin müəyyən zaman alacağını qeyd edərək bildirik ki, bu işlər başa çatdıqdan sonra mərkəzin tikintisinə dərhal başlanılacaqdır.


Abunəlik