Diqqət! DİN məlumat YAYDI
Son zamanlar vətəndaşların sosial şəbəkələr və veb saylar uzərind ən kütləvi dələduzluğa məruz qalmasının nəticəsidir ki, hüquq-muhavizə orqanlarına şikayətlər kəsin artıb. Bunu nəzərə alan DİN əksər istifadəçiləri xəbərdar edib. AzTimes.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən əksər provayder istifadəcilərinə hazır mesaj yollayan DİN onları ayıq-sayıq olmağa çağırıb:
“Vətəndaşları müxtəlif cinayət işlərinin iştirakçısı olmaqları haqqında göndərilən və ödəniş tələb olunan SMS-lərin, elektron poçt məlumatlarının və veb- səhifələrdə çıxan bildirişlərin dələduzluq əməli olduğunu bildiririk. Bu cur hallarla rastlaşdıqda linklərə daxil olmamaq və saxta veb- səhifələrdə ödəniş etməmək tövsiyə olunur.”