Çində koronavirusun yayıldığı iddia olunan heyvan bazarları yenidən açıldı
Dünyada təxminən 35 mindən artıq insanın ölümünə səbəb olan koronavirus epidemiyasının başlanğıc yeri olduğu iddia edilən “Vəhşi heyvan bazarları” Çində yenidən açılıb.
Bu barədə “Daily Mail” xəbər yayıb.
Bildirilir ki, Pekin hökumətinin qadağan etməsinə baxmayaraq, Çinin bəzi bölgələrində vəhşi heyvanlar, həmçinin, koronavirus epidemiyasını yaydığı ehtimal olunan yarasalar satılır.
Bundan başqa, bazarlarda tülkü, timsah, ilan, siçan, dağ siçanı, qunduz, porsuq kimi onlarla başqa heyvanın da əti satışa çıxarılıb.
AzTimes.az /oxu.az