İfadə xanıma bildirdi ki, size 2 dəqiqədən sonar yenidən arayaram. Amma sonar ona dəflərlə zəng edilməsinə baxmayaraq o telefona cavab vermədi.
Dünən 14 oktyabrda, saat 11 radələrində Əhmədlidə olarkən özünü DTX işçisi adlandıran bir nəfər mənə yaxınlaşaraq DTX-nın baş idarəsinə getməyimi dedi. Biz DTX-nın mərkəzi binasına gəldik. Mənə dedilər ki. “İlk İnşaat” MMC –nin rəhbəri səndən şikayət edib ki, bəs sən ona bir jurnalistlə hədə-qorxu gəlmisən. Lakin heç bir rəsmi ərizə yox idi. Mən olanları onlara izah etdim ki, belə bir sübut yoxdur. Və mən bu adamla mobil telefonda onunla danışmamışam. Telefonla İfadetv.com saytının baş redaktoru danışıb. Arif də 1 dəqiqə danışıq zamanı söhbətin məndən getdiyini anlayan kimi bildirb ki, mənim belə işçim yoxdur və 2 dəqiqə sonar arayacağını demişdir. Vəssəlam.
Bəli, mən əsassız şikayətə görə saxlanılıb sorğu sual olunduğuma görə bir yoldaşla həmin günün 14 oktyabr, saat 15-də Bakıdan Rusiyanın Mineralnı Vodı şəhərinə təyyarə ilə uça bilmədik. Və hər biri 234 manata olan biletlərimiz də batdı. Maddi ziyan dəydi.
Ona görə cənab Prezident Sizdən şəxsən xahiş edirəm ki, “İlk İnşaat” MMC-nin Azərbaycan üzrə rəhbəri olan Arif Yeşiltəpənin gördüyü işlər zamanı Azərbaycanda və Türkmənistanda törətdiyi qanunsuz işlərin araşdırılmasına və mənə vurduğu maddi ziyanların ödənilməsi üçün aidiyyatı orqanlara göstəriş verəsiniz. Sağ olun.
Qoşma: Şəxsiyyət vəsiqəsi, təyyaraə biletləri.
https://gundeminfo.az/manset/3674-lk-nshaat-dan-qebele-sakinlerine-qarshi-etnik-diskriminasiya.html
İmza- Pərviz Mustafayev
Tarix: 15.10. 2022
