Qızı yaşda yeniyetməni zorladı-Polis hərəkətə keçdi -GORANBOYDA OLAY
AzTimes.az xəbər verir ki, məlumat Facebook sosial şəbəkəsində fəaliyyət göstərən “Hüquqşünaslar” qrupunda yayılıb. Amma qrupda paylaşım edən şəxs məsələni ümumi işıqlandıraraq nə hadisənin baş verdiyi rayonu, nə azyaşlının kimliyini qeyd etməyib . Bu da aidiyyati qurumlar və məsələni araşdırmaqda maraqlı olan media nümayəndələri üçün çətinliklər yaradıb. Uzun danışıqlardan sonra məlum olub ki, hadisə Goranboy rayonunda baş verib. 2006-cı il təvəllüdlü N.Q.(ad şərtidir) və onu zorlamaqda şübhəli bilinən şəxs isə D.Z.(adlar şərtidir)-dir. Hadisəni araşdıran jurnalist Pərvin Abışova məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə və Ailə Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinə məlumat verib. Qurumlar dərhal hərəkətə keçib, qısa müddətdə sözügedən yeniyetmə və onu zorlamaqda şübhəli bilinən şəxs Goranboy RPİ-ə gətirilib. Komitənin əməkdaşlarının dəstəyi ilə N.Q . ilə söhbət aparılıb, məsələdə şubhələr yaranıb..İş araşdırılması üçün rayon prokurorluğuna göndərilib.