Sevindik Hətəmovun məmur oğlu işçiləri üsyana təhrik edir

Baxılıb:557
Sevindik Hətəmovun məmur oğlu işçiləri üsyana təhrik edir

Bir qrup işçi heyəti AzTimes.az-a müraciət ünvanlayaraq problemlərinin ictimaileşməsini xahiş edir.
“Təmizqaz ” QSC 2014-cu ildə fəaliyyətə başlayıb.2015-ci ildə bu şirkətdə işə başlayanda xətt baxıcıları 400, mühəndislər 600 azn maaş alırdı. O gündən bu günə kimi Tarif Şurası yadda qalmayacaq qədər qaldırsa da, bu gün də sözügedən qurumun xətt baxıcıları 500, mühəndislər 700 azn maaş alır. İşçilər çıxılmaz durumda olduqlarına görə şənbə günü təklif olunan əlavə i işə çıxmalı olurlar . Lakin öncədən, əlavə iş gününə görə ikiqat verilən məvacib, son iki ildə tam gün işlədilib yarım gün kimi sənədləşdirilir. Maaşdan narazı olan işçiləri isə üç aylıq əmək müqaviləsiylə qorxudub, işdən çıxarmaqla şəxsən direktor təhdid edir. Atası Salyan rayonu icra başçısı Hətəmov Sevindikə söykənən Xətai Hətəmov əmək məcəlləsi başda olmaqla heç bir insani, milli, işçi hüquqlarını tanımır. Hər şöbəyə görə özünə 7 müavin götürərək və hətda yalandan özünə owertime da yazdıraraq hər ay 10 min azn maaş alan bu adam heç bir qanun tanımır. Verilən avtonəqliyyat vasitələri tam yararsız hala düşsə belə istismara davam edilməsini və bir bəhanə axtarıb maşında olan nasazlıqları işçinin maaşından kəsərək həll etməyə çalışır. Azərbaycanda belə bir özbaşına şirkət görülməyib.
Sözügedən işçilər yaxın günlərdə Prezident Administrasiyası qarşısında toplaşaraq prezidentə müraciət unvanlamağı planlaşdırırlar.


Abunəlik