Paşinyan və xanımı koronovirusa görə karantinə alındı
Ermənistanın Baş Naziri Nikol Paşinyan və xanımı koronavirusa yoluxma şübhəsi ilə əlaqədar karantinə alınıblar.
Erməni mətbuatının yaydığı xəbərə görə, bu barədə Ermənistanın Baş Naziri sosial media hesabında canlı yayım edərkən deyib.
O deyib ki, sabah yoxlanışdan keçəcək. Baş Nazirin Sevanda yerləşən iqamətgahında olduğu deyilir. Karantinin əsas səbəbi isə həyat yoldaşının bu günlərdə Braziliya Prezidentinin xanımı ilə görüşməsidir.
AzTimes.az