H. Hüseynova “Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik problemləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak etdi

Baxılıb:188
H. Hüseynova “Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik problemləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak etdi

AzTimes.az xəbər verir ki, aprelin 26-da Əqli Mülkiyyət Agentliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Beynəlxalq Əqli Mülkiyyət Günü ilə bağlı “Qadınlar və əqli mülkiyyət. İnnovasiya və yaradıcılıq” mövzusunda keçirilən konfransda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, mədəniyyət naziri Adil Kərimli, ölkənin dövlət orqanlarının rəsmiləri, deputat həmkarları, elm və təhsil müəssisələrinin əməkdaşları, sahə üzrə mütəxəssislər və digər şəxslərlə birlikdə iştirak edib.

Hicran xanım Hüseynovanın çıxışı

 -Hörmətli Kamran müəllim, Hörmətli xanımlar və cənablar,

İlk öncə mən Kamran müəllimə tədbirə dəvət etdiyi və çıxış üçün yaratdığı şəraitə görə öz minnətdarlığımı bildirirəm. Qeyd etmək istərdim ki, Kamran müəllim və onun rəhbərlik etdiyi Agentlik əqli mülkiyyətimizin qorunmasında mühüm işlər görür. Ənənəvi olaraq keçirilən bu tədbirin çox böyük əhəmiyyəti var. Bu tədbirin mahiyyəti nədən ibarətdir? Bir tərəfdən, şəxsən mən özüm də alimlərimizin, xüsusi ilə də, Azərbaycan qadınlarının elmi yaradıcılığı, onların verdiyi töhfələr haqqında məlumatları öyrənirik. Digər tərəfdən, isə bu sahədə qarşıda duran vəzifələr haqqında müzakirələr aparılır. Dünyada elm və texnologiyanın inkişafı fonunda ölkəmizdə də bu sahədə  bir sıra uğurlar əldə olunmuşdu.

Ümumiyyətlə, Azərbaycanda qadınların elm və təhsildə iştirakının özünəməxsus  tarixi vardır.  Və biz bu tarixlə fəxr edirik. Hələ sovet dövründə Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi zamanda, qadınların bilik səviyyəsinin daha da artırılmasına, elmin müxtəlif sahələrində çalışmasına xüsusi diqqət yetirirdi. Əlbəttə ki, bu, qadınlarımız üçün böyük stimul idi. Həmin dövrdə Azərbaycan qadını bir çox ilklərə imza atdı, ixtiralar, elmi kəşflər etdi. Bu qadınların əsərləri, patentləri dünyada tanındı. Onlardan biri də Azərbaycanın ilk qadın oftalmoloqu, akademik Zərifə xanım Əliyeva idi. Bu il biz bu iki böyük şəxsiyyətin həm Ümummilli Lider Heydər Əliyevin, həm də görkəmli alim Zərifə xanım Əliyevanın 100 illik yubileyini qeyd edirik. Bu gün isə  həmin siyasət möhtərəm Prezidentimiz İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən daha da gücləndirilir.

Qəbul olunmuş  qanun və dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, elmi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm xarakter daşıyır. Əziz dostlar, hazırda həyatımızın bütün sahələrinin inkişafında intellekt, xüsusi ilə süni intellektə, informasiya və kommunikasiya texnologiyalarina, yeni elmi ixtiralara və onların yaradıcılarına ciddi ehtiyac yaranıb. Ölkə başçısı İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirir ki, hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır”. Dövlətimiz tərəfindən həyata keçirilən innovasiya siyasəti yeni bilik və texnologiyaların istehsalı, yayılması və tətbiq edilməsi üçün lazım olan şəraitin yaradılmasını nəzərdə tutur. Sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır. Elm və gender bərabərliyi  “Dayanıqlı İnkişaf – 2030” Gündəliyində müəyyən edilmiş inkişaf məqsədlərinə nail olmaq prosesinin tərkib elementləridir.

Son 15 ildə dünya birliyi qadınların və qızların elmə cəlb edilməsində mühüm irəliləyişlərə nail olmuşdur. Bu gün bütün dünyada və eləcə də ölkəmizdə əsas məsələlərdən biri “qadın bütün ixtisaslara yiyələnə bilər” trendini  yaratmaqdır.
Təşviqat işlərinin nəticəsi olaraq artıq İKT-yə aid ixtisas seçən  qızların sayı artmaqdadır.  Və  bizim çox gözəl nümunələrimiz var. Onlar bilikləri, bacarıqları, yüksək professionallıqları ilə hər kəsi təəccübləndirir. Respublikanın Birinci- vitse prezidenti Mehriban xanım Əliyeva ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirilən videokonfransda çıxışı zamanı qeyd etmişdir ki, dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır.
Azərbaycan istər iqtisadi, istərsə də elmi-texnoloji inkişaf baxımından dünyanın qabaqcıl ölkələri ilə bir sıradadır. Qadın peşəkarların fəaliyyəti cəmiyyətin dinamik və harmonik inkişafına təkan verir. Azərbaycan qadınları çətin sayılan neftçıxarma, kosmik tədqiqatlar, kibernetika, siyasi elmlər və s. sahələrdə uğurla çalışırlar. Yüksək intellektual  potensiala malik olan bu qadın alimlərimizin hər biri öz sahəsində novator ideyaları, dəyərli araşdırmaları ilə təkcə Azərbaycan deyil, dünya elmində izlər qoyublar.  
 
Hər bir dövlətin qüdrəti onun ziyalı potensialı ilə ölçülür. Hər bir xalqı isə müasir dünyaya inteqrasiya uğrunda apardığı yarışda qalib çıxaran onun elmi, zəkası, ziyalısıdır.  

Çıxışımın sonunda bir daha qeyd etmək istərdim ki, heç bir cəmiyyəti, sosial təsisatı qadınsız təsəvvür etmək mümkün deyil. Savadlı, yüksək səviyyəsi və dünyagörüşü olan qadın həm də sağlam cəmiyyət, sağlam gələcək deməkdir. Cəmiyyətimizin və gələcəyimizin inkişafı isə bizim hər birimizdən asılıdır.


Abunəlik