Qubada məktəblilərlə narkomaniya mövzusunda maarifləndirici görüş keçirildi

Baxılıb:246
Qubada məktəblilərlə narkomaniya mövzusunda maarifləndirici görüş keçirildi

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Atuc kənd tam orta məktəbində
“Narkomaniyanın sosial təhlükəliliyi və doğurduğu fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzTimes.az-a verilən məlumata görə, polis əməkdaşlarının, məktəbin pedaqoji heyəti və şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edən RPŞ-nin əməkdaşı, polis polkovnik- leytenantı Elman İsmayılov dövrümüzün ağır bəlasına çevrilən
narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə
yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb.

Tədbirdə həmçinin çıxış edən RPŞ-nin azyaşlılar üzrə inspektoru, polis kapitanı Samir Aydəmirov bildirib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə,
cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Onun
sözlərinə görə, gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Abunəlik