Şirvanda narkotik satan qadın saxlanıldı

Baxılıb:346
Şirvanda narkotik satan qadın saxlanıldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzTimes.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Elnarə Həsənzadə saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib Araşdırmalar davam etdirilir.


Abunəlik