“Son görüşdə vətəndaş şikayətləri kütləvi oldu”- Naxçıvanlı deputatla MÜSAHİBƏ

Baxılıb:577
“Son görüşdə vətəndaş şikayətləri kütləvi oldu”- Naxçıvanlı deputatla MÜSAHİBƏ

Qonaq olduğum qədim Naxcıvanda müsahibim Naxçıvanı Milli Məclisdə təmsil edən millət vəkillərindən biri, həmçinin Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva oldu. Deputat xanımı Ümummilli lider H.Əliyevin prortretindəki son işləmləri tanamlayarkən yaxaladıq. Tam səmimi deyim ki, ilk dəfə idi bu qədər sadə, rəsmiyyət dən uzaq,canayaxın millət vəkili görürdüm. Söhbətə başladıq:

– Milli Məclisi N-Birinci ali məclis, iki dəfə isə Milli məclisdə Naxçıvan Muxtar respublikasıni təmsil etmişəm.-Milli Məclisdə əsasən Naxçıvandakı hansı problemləri gündəmə gətirmisiniz?-Əsas məsələ həmişə su problemi olub. Naxçıvan dağlıq,quraqlıq ərazidir. Burada təbii kəhrizlərlə yanaşı həm də süni göllər var ki,əsas məşğuliyyəti əkinçilik olan sakinlərin su problemini həll edilməsinə köməklik etsin.Amma həmin kəhrizlərin mütəmadi təmizlənməsi vacibdir ki, təmizləmə işi ilə məşğul olan mütəxəssislər azlıq təşkil edir ki, bu da problemdir. Əslində su problemi dünyada qlobal problem olmaqdadır. Qış ayları olmasına baxmayaraq hələ də burada yağıntı yoxdur. Bu gün Naxçıvan son illərin ən ağır quraqlığını yaşayır. Bu da problemin həllini çətinləşdirir.

Demek olar ki, otuz ilə yaxındır ki, Naxçıvan Azərbaycanın qapalı məkanı hesab olunur. Bizlər media olaraq demək olar ki, buradan heç bir sosial problem şikayəti ilə qarşılaşmamışıq. Bəs sizə necə, hansısa bir problemi ilə bağlı yaxınlaşan vətəndaşlar olubmu?

-Naxcıvan Muxtar Respublikası Milli Məclisdə beş deputatla təmsil olunur. Mən yeganə millət vəkiliyəm ki, Bakıya daşınmamışam. Naxçıvanda oluram.Mənlə görüşdə vətəndaşlar heç vaxt əziyyət çəkmir. Sosial problemlə bağlı müraciət olunub , müraciət edən seçicilərin problemlərinin maksimum həllinə Nail olmuşuq.Amma Vasif Talıbov vəzifədə olduğu zaman kütləvi xarakter daşımayıb . Son görüş zamanı isə vətəndaş müraciətləri kütləvi oldu. Əsas şikayətlər dağ kəndlərindəki yolların yararsız vəziyyəti və bayaq qeyd etdiyim kimi su problemi ilə bağlı idi. Dağ kəndlərində sal daşlar yonularaq yollar duzlənib. Ancaq müasir standartlara cavab verən yeni yollar yoxdur. Sakinlər yol çəkilməsini istəyirlər.

Şəhid və qazı ailələri ilə görüşlər təşkil olunurmu? Onların hansı problemləri var?

-İkinci Qarabağ müharibəsi zamanı doğma Naxçıvanın 111 övladı şəhid oldu. Culfa rayonunda 16, Babək rayonunda 14 şəhidimiz var . Şəhid ailələri ilə mütəmadi əlaqədə oluram. Tez-tez ziyarət edirəm. Problem barədə mənə heç bir müraciət olmayıb. Çünki dövlət onların bütün problemini qüsursuz şəkildə həll edib. Giley bir şeydəndir. Şəhidlərin dəfn məsələsi. Yara təzə olarkən, valideynlər övladlarının özlərinə yaxın məzarliqlarda dəfn olmasını istədilər, istəkləri də yerinə yetirildi . Amma indi heyifsilənirlər ki, kaş övladlarımızın Şəhidlər Xiyabanında dəfn edilməsinə izn verərdik.

Səhidlər üçün memorial kompleks varmı?

-Yox. Daha doğrusu İkinci Qarabağ müharibəsindən sonra mərkəzdə salınmış “Zəfər parkı”nda abidə ucaldılıb. Amma biz düşünürdük ki, müharibə zamanı şəhid olan oğullarımızın adı, fotosu əks olunan bir lövhə orada olacaq, necə ki, digər ərazilərdə var. Məsələn Milli Məclis binasında olan lovhədəNaxçıvan səhidlərinin də adı var. Mən onların şəklini çəkərək analara yollayanda onların keçirdiyi qürur hissini ifadə edə bilmirəm. Burada da olsa, Naxçıvana gələn qonaqlar tam rahatlıqla bizim qürur mənbələrimizi tanımış olarlar.

Qadın zorakılığı ilə bağlı müraciət edən varmı?

– Bir dəfə belə olmayıb. Qadınlar ən çox aliment məsələsi ilə bağlı müraciət edirlər. Alimentin gecikdirilməsi, verilməməsi ilə bağlı. Biz bu məsələləri Naxçıvan MR Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə müştərək həll etməyə çalışmışıq. İkinci müraciət olunan məsələ isə işsizlik problemi olur. Bu zaman ən çox müraciət edən tək analar olur. Boşanan qadınlar öz ayaqları üzərində dayanmaq üçün iş məsələsində onlara yardım etməmi istəyirlər. Mən yenə də onlara dəstəyimi göstərirəm.

2023-cü ildə qarsinizda hansı işlər durur?

-Sizinlə görüşümüz ilin ilk ayına təsadüf etdi . Bu il də seçicilərin qəbulu , onları dinləmək, öz səlahiyyətim çərçivəsində yardım göstərməyi planlayıram. Bununla yanaşı dəvət alacağımız dövlət tədbirlərində iştirak da qarşıda duran əsas məsələlərdəndir. Bundan əlavə bilirsiniz ki, mən həmçinin Naxçıvan Rəssamlar birliyinin sədriyəm. Bu il biz yeni sərgilərin təşkilini planlaşdırırıq. Ümidvaram ki, bu il yaradıcı insanlar üçün məhsuldar il olacaq.

Suallarımıza verdiyiniz səmimi cavablar üçün sizə minnətdarıq.

-Mən də öz növbəmdə Naxçıvana səfər edərək burada olanları isqlandırdığınız üçün sizə təşəkkür edirəm. Ümidvaram ki, obyektiv olacaqsınız.

Pərvin Abışova/AzTimes.az


Abunəlik