İDDİA!”Günəşli ” MTK-nın macəraları bitmir. Neftçala məhkəməsi 7 şahidin ifadəsini gizlədir?-VİDEO

Baxılıb:452
İDDİA!”Günəşli ” MTK-nın macəraları bitmir. Neftçala məhkəməsi 7 şahidin ifadəsini gizlədir?-VİDEO

AzTimes.aza müraciət edən Cəvahir Əliyeva bildirir ki, bir müddət adı dəfələrlə dələduzluqda hallanan “Günəşli MTK” da satış şöbəsində çalışıb. Bu müddət ərzində alınan ev və torpaq sahələri üçün verilən məbləğləri qeydiyyatdan keçirib.  Bir müddət sonra şirkətdə xoşagəlməz hadisələrin baş verməsi,haqqını ala bilməyən vətəndaşların ofisə hücum etməsi  səbəbindən öz istəyi ilə işdən ayrılıb. Bundan istifadə edən şirkət rəhbərliyi təhvil verilməyən mənzil sahiblərindən alınan pulların onun tərəfindən mənimsənilməsi iddiası ilə Neftçala rayon məhkəməsinə müraciət edib. Əli Tağıyevin hakimliyi ilə keçirilən məhkəmə zamanı ödəniş edən yeddi zərərçəkmiş ödənişi şirkət rəhbəri Fritan Məmmədova etmələrini desə də 18 noyabr 2022-ci ildə məhkəmə Cavahir  Əliyevanın ziyanına qərar çıxarıb.

Maraqlı məqamlardan biri isə odur ki,Cəvahir Əliyevanin 18 noyabr 2022-ci il saat 15:00-a təyin edilmiş məhkəmədə üzürlü səbəbdən iştirak edə bilməyəcəyi ilə əlaqədar yolladığı teleqrama əhəmiyyət verməyən məhkəmə hakimi qərar qəbul edib. Hakim köməkçisi Əli Qənbərov Cəvahir Əliyevaya məhkəmə təyin olunan gün səhər saat 11 radələrində artıq məhkəmənin onun haqqında qərar çıxardığını, şirkət rəhbəri tərəfindən mənimsənilmiş 8500 AZN məbləğin( 6500 AZN mənimsənilmiş pul, məhkəməni uduzacağı tədbirdə vəkilə verilən 2000 AZN-ı də həmin cərimənin üzərinə hesablanır)   onun ödəyəcəyini, narazı olduğu halda apellyasiya məhkəməsinə müraciət hüququnun olduğunu bildirib.
Cəvahir Əliyeva iddia edir ki, təqaüdə çıxacağına arxayın olaraq  “Günəşli” MTK rəhbərliyi ilə razılığa gələrək onun əleyhinə qərar çıxarıb, burada korrupsiya əməli var.
Məsələ ilə bağlı  Neftçala Rayon Məhkəməsində olduq.  Özünü  böyük məsləhətçi kimi təqdim edən Könül Dadaşova  verdiyimiz sualların heç birini cavablandıra bilmədi . Hakim köməkçisi Əli Qənbərov isə, çəkiliş komandasını görən kimi ərazidən yayındı. Biz yenə də qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.


Abunəlik