2 dəfə qaçırılan jurnalistdən 10 ildir ki, xəbər yoxdur (FOTO)

Baxılıb:160
2 dəfə qaçırılan jurnalistdən 10 ildir ki, xəbər yoxdur (FOTO)

Britaniyalı fotojurnalist Con Kantlin 10 ildir ki, Suriyada İslam Dövləti yaraqlılarının girovluğundadır.
Bu barədə “BBC” məlumat yayıb. Məlumata əsasən, o, öldürülmə videosu yayılmayan yeganə girovdur.
Onun taleyi hələ də sirr olaraq qalır. Hətta ailəsi Conun dəfn mərasimini belə keçirib.
Qeyd edək ki, fotojurnalist 2012-ci ildə Əfqanıstan və Himalay da daxil olmaqla ən ucqar yerlərdə işlədikdən sonra vətəndaş müharibəsini lentə almaq üçün Suriyaya gedib.
Həmin ilin iyulunda o, hollandiyalı fotoqrafla birlikdə qaçırılıb. Sonra azad olunan Con İngiltərəyə qayıdıb. Lakin işini davam etdirmək üçün yenidən Suriyaya gedib.
2012-ci il noyabrın 22-də Türkiyə və Suriya arasında faktiki olaraq görünməyən sərhədi keçdikdən qısa müddət sonra o, amerikalı jurnalist Ceyms Foli ilə birlikdə nəzarət-buraxılış məntəqəsində girov götürülüb. Həmin vaxt onun 42 yaşı olub.


Abunəlik