Füzuli rayon icra başçısı cəsus axtarışında

Baxılıb:226
Füzuli rayon icra başçısı cəsus axtarışında

Bir neçə gün öncə  Füzuli rayonunun Asağı və Yuxarı Kürdmahmudlu kəndlərinin uşaq bağçalarının műdirlərinin diplomlarının saxta olması ilə bağlı tənqidi məqalə dərc etmişdik. Yazı saytımızda gedəndən sonra redaksiyamıza ard – arda şikayətlər daxil olmağa başladı.  AzTimes.az saytında işıqlandırılan bu mövzu narazı , lakin nədənsə qorxan , çəkinən kütləni cəsarətləndirdi. Görünür  məsələ tək sadə kütlə arasında deyil, yuxarı instansiyalarda da reaksiya doğurub ki, Fizuli rayon rəhbərliyi  necə deyərlər, bir-birinə dəyib. 

Etibarlı mənbədən aldığımız məlumata görə dünən icra başçısı Alı Alıyev təcili iclas çağırıb və sözügedən bağça müdirələrini bir yerə toplayıb. Onlarla söhbət apararaq “cəsus”u ” ifşa” etməyə cəhd edib. İcra başçısı bu addımı ilə dolayı yolla saxta diplomla çalışan bağça müdirlərini müdafiə edib.

Ümid edirik ki, daim Azərbaycanın gələcəyini düşünən Maliyyə Nazirliyi və prokurorluq Fűzuli rayonunda kənd və qəsəbələrdə fəaliyyət göstərən uşaq bağçalarının fəaliyyətini ciddi şəkildə araşdıracaq.

AzTimes.az

 


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir