Tanınmış müğənni oğluna toy edəcək
Müğənni Kərim Abbasovun övladının xeyir işi olacaq.
Sənətçi oğlu Yusifə kiçik toy edəcək. Abbasov övladının şad gününə yaxınlarını, dost və tanışlarını, o cümlədən bəzi sənət adamlarını dəvət edəcək.
İfaçı bu haqda “Səhər mərkəzi” proqramına qonaq olarkən danışıb.
Sənətçi Yusifin toyunun oktyabrın 12-də paytaxt trestoranlarından birində baş tutacağını vurğulayıb.
Kərim verilişin aparıcıları Tural Ababsov və Afaq Gəncəlini, o cümlədən proqramda iştirak edən Əməkdar artist Nigar Şabanovanı oğlunun kiçik toy məclisinə dəvət edib.
Xatırladaq ki, Yusifin 6 yaşındadır. O, bu il birinci sinifə qədəm qoyub.