Göyçaylı tanınmış rəssam Nihad Əliyev ilə müsahibə – FOTO

Baxılıb:472
Göyçaylı tanınmış rəssam Nihad Əliyev ilə müsahibə – FOTO

 

1) Rəssam üçün rəng dünyası nə deməkdir. Hansı rəngi xoşlayırsınız hisslərinizi ifadə etmək üçün. Yaxşı və ya pis rəng varmı?
Cavab: Rəssamın həyatı və yaradıcılığı biri-birindən fərqli sayı-hesabı olmayan rəng çalarlarından ibarət olduğu üçün, rənglər dünyası onun üçün nəfəs qədər dəyərlidir. Çünki rəssamın çəkdiyi rəsm əsərin gözəlliyi, tabloda göstərdiyi rəng çalarlarından asılıdır. Rəng çalarlarının çoxluğu, əsərin dolğunluğunda mühüm rol oynayır. Əgər rəsm əsərində rəng çalarları çoxluq təşkil edirsə, demək həmin rəsm əsəri dolğun görünür və hər bir izləyicinin onun maraqla izlənilməsinə səbəb olur və rəsm əsəri böyük zövq oxşayır. Hər bir rəssam bütün rəngləri sevməlidir. Hər bir rəngin öz rolu var. Qeyd edək ki, təbiətdə əsasən yeddi rəng var, lakin onun yüzlərlə çalarları var. Mən bir rəssam kimi bütün rəngləri sevirəm. Çünki, yaradıcılıqda hərəsinin öz rolu var. Məsələn, hər hansı bir rəngin alınması üçün, rəssam rəngləri qarışdırmaqla həmin rəngi əldə edir və tablo üzərində təsvir edir. Yaradıcılıqda hər hansı bir rəngin istifadə etmeməsi, nəticədə gözəllik baxımından məhdudiyyət əks etdirə bilər. Hər bir rəngin öz gözəlliyi olduğu üçün, öz gözəlliyilə mühüm rol oynadığı üçün, rəssam üçün, rəssam üçün heç zaman heç bir rəng pis hesab edilə bilməz. Bir sözlə rənglər rəssamın həyatıdır.
2) Hər bir musiqi əsəri əhvala bir cür təsir edir. Biri düşündürür, biri ağladır, biri…. Bəs rəsm əsəri əhvala necə təsir edir. Yoxsa bu tamaşaçıdan asılıdır? Cavab: Musiqidə əhvala düşündürücü, kövrəldən və s. əsərlər olduğu kimi, o cümlədən rəssamlıqda kövrəldici, düşündürücü və …. rəsm əsərləri mövcuddur. Rəssam daim maraqlı mövzular axtarışında olmalıdır. Maraqlı mövzulara əsas çəkilən rəsm əsərləri, tarixdə unudulmaz izin qoyulmasına gətirib çıxarır. Həmin əsərlərin böyük maraqla izlənilməsi, tarix boyu dayanmadan artmağa doğru olur. Maraqlı mövzu seçimi əsasında, rəssam tərəfindən həvəslə və təmkinlə çəkilən rəsm əsəri, hər zaman izləyicilərə zövq oxşamaqda artmağa doğrudur.
3) Yaradıcı insanlar nəyə görə bir qayda olaraq gec yatırlar? Cavab: Yaradıcı insanın qarşısına qoyduğu məqsəd, onun yuxu yarmasından daha vacib hesab edilir. Məsələn, əgər rəssam çalışır ki, həvəslə çəkdiyi bir rəsm əsərini bir neçə günə bitirsin, həmin rəsm əsərinin həcminin böyük və dolğun olması, onun həmin müddətdə yuxu yatmasına məhdudiyyət qoyulmasına gətirib çıxarır. Çünki həmin rəsm əsərini qeyd olunan müddətə tamamlamaq, rəssam üçün birinci növbədədir. Bir sözlə, yaradıcı insan qarşısına qoyduğu məqsədə çatmaq üçün, onun yuxu yatmasına məhdudiyyət qoyulmasına gətirib əsas səbəbdir.
4) Rəssama ilham axşam gəlir yoxsa gündüz? Cavab: Rəssama ilhamın gəlməsinə konkret vaxtı bilmək qeyri mümkündür. Rəssamlar var ki, onlara ilham axşam və ya gecə gəlir. Rəssamın xasiyyətindən asılılıq çoxdur. Ən əsası rahatlıq, sakitlik və seçdiyi mövzunun onun ürəyincə olmasıdır.

Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir