Rusiyanın daha iki polkovniki Ukraynada ÖLDÜRÜLDÜ -FOTO

Baxılıb:276
Rusiyanın daha iki polkovniki Ukraynada ÖLDÜRÜLDÜ -FOTO

Rusiyanın Hərbi Hava Qüvvələrinin 331-ci Kostroma hava-desant alayının komandiri Sergey Suxarev Ukraynada öldürülüb.

Aztimes.az xəbər verir ki, bu barədə “QTRK” kanalı məlumat yayıb.

Bildirilir ki, polkovnik Suxarevdən başqa, kapitan Aleksey Nikitin, baş əsgər Yuri Deqtyarev, çavuş Sergey Lebedev və Aleksandr Limonov da həlak olub.

Bundan əlavə Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının üçüncü motoatıcı diviziyasının komandiri, polkovnik İqor Nikolayevin də öldürüldüyü açıqlanıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiyanın daha iki polkovniki Ukraynada öldürüldü

Abunəlik