Sevinc Hüseynovadan Əvəz Hafizlinin qətli barədə ŞOK AÇIQLAMA- VİDEO

Baxılıb:1231
Sevinc Hüseynovadan Əvəz Hafizlinin qətli barədə ŞOK AÇIQLAMA- VİDEO

AzTimes.az xəbər verir ki, Azərbaycanlı jurnalist, Kanal13-ün əməkdaşı Fərid İmran öz sosial şəbəkə hesabında jurnalist Əvəz Hafizlinin ölümü ilə bağlı maraqlı paylaşım edib:

“Əvəz Hafizlinin ölümü hələ də müzakirə olunur. Müzakirə olunmalıdır da, müzakirələr illərlə aparılacaq. Çünki Əvəz sıradan bir jurnalist deyildi. Əvəz Azərbaycanda siyasi proseslərin inkişafı, insan haqları, vətəndaş problemləri ilə bağlı yüzlərlə reportaj hazırlayıb, reportajlarını milyonlarla insan izləyib. Ölkədə siyasi həbslərlə bağlı onlarla məhkəmə prosesini izləyib, gündəmdə saxlayıb, monitorinqini həyata keçirib. Hətta, okeanın o tayında belə reportajları izlənirdi.

Əvəzin ölümündə bir çox qaranlıqlar mövcuddur, ölüm xəbərini prokurorluqdan öncə bir qadın yayıb. Açıqlamasında isə bildirib ki, “mənim qohumum polis idarəsində işləyir, o zəng edib mənə dedi”.

Sual olunur:
1) Həmin polis əməkdaşı daxili məlumatı niyə ötürüb, məqsədi nə idi?
2) Niyə həmin qadın o məlumatı ictimaiyyətə açıqlanmayıb, sadəcə bir neçə şəxslə bölüşüb?
3) Rəsmi məlumatı hüquq mühafizə orqanları açıqlamaqda niyə gecikib?

Əvəzin ölümündə əsas məqamlardan biri də o dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etməsinə baxmayaraq hər hansı bir adekvat prosesin görülməməsidir. Hüquq mühafizə orqanlarına yaxınlığı ilə seçilən jurnalistlər isə bu proseslərin, yuxarıda qeyd etdiyim sualların cavabının tapılmasında elə də maraqlı deyil. Həmçinin, saxlanılan şəxslə bağlı hər hansı bir əlavə məlumat da verilməyib. Məndə olan məlumata görə, saxlanılan şəxsə CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əvəzin köməksiz vəziyyətdə olması, xüsusi amansızlıqla öldürülməsi isə heç kəsə maraqlı deyil. Niyə? Niyə bu məsələlər də nəzərə alınıb işə əlavə olunmur? Olunursa, prokurorluq harada ölüb ki, ictimaiyyətə təqdim etmir?

Əsas bir məsələni qeyd edim ki, Əvəzin pul qabının içərisindən istifadəsində olan bir neçə bank kartı, eyni zamanda, TELEFONU ortalıqda yoxdur. Ailəsi dostumuza “bilmirik, haradadır” cavabını verib

Əlavə olaraq cinayətə şərik olmaqda ittiham olunan Sevinc Hüseynova məsuliyyətə cəlb edilmir. Səbəb nədir? Niyə işə səthi yanaşmağa cəhd olunur? Adam özü belə etiraf edir ki, “mənim sözlərimdən sonra əmisi oğlu qeyrətə gəlib, qardaşı da edə bilərdi və s.”

Cinayət Məcəlləsinin 32-ci maddəsində cinayətdə iştirakçılığın növləri; cinayətin iştirakçılarının məsuliyyəti konkret olaraq göstərilir:

“32.1. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar.

32.2. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.

32.3. Cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır.

32.4. Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır”.

Suallar çoxdur, yeganə məqsəd isə Əvəzin qətlində iştirak edən hər kəsin məsuliyyətə cəlb olunmasıdır. Daxili işlər naziri cənab general polkovnik Vilayət Eyvazov isə günahkarların cəzasını alması üçün yeganə ümid yeridir.”


Abunəlik