18+Yaşlı kişilərin kabusu..Qadını necə məmnun etməli?- Aşraf Ali YAZIR
Sevişmək özü bir fəlsəfədir, incəsənətdir. Bəzi insanlar təlabat üçün sevişir, bəziləri isə zövq üçün. Kişilərin əksəriyyəti üçün qadının kim və necə olması önəmli deyil. Çünki qadına təlabatını ödəyəcək biri kimi baxırlar… Mənəvi bir şey deyil, sırf fiziki bir tələbatdir. Kişilər hər qadınla könül bağı qura bilmir və buna da ehtiyac duymur. Ona görə də kişilər qadınlara nisbətən daha çox xəyanət edir. Bir qadınla sevişmək üçün onu sevdiyinə inandirmalısan. Yalandan yox- yəni sevdiyini hiss etməlidir. Yoxsa səni özünə yaxın buraxmaz. Amma kişilərdə ele deyil ki. Göz vursan, inanacaq. O qədər safıq yəni.
Qadın kişi münasibəti nece olmalı. Partnyoru nece seçməliyik?
Unutmayın ki, insanlar bir-birinin təkcə fiziki aclığını deyil, mənəvi aclığını da doyurmalıdır. Tərəflər hər toxunuşdan, bədəninin hər zərrəsindən həzz ala bilməlidir. Bir- birinin tek bədəninə deyil ruhuna da aşiq olmalısan. Yoxsa heç nəyin onemi, dadı olmayacaq. Qarşı tərəfdən heç cür həzz ala bilməyecəksen. Və burda əsas məsələ nədir. Qarşı tərəfin xoşlantılari. Bu haqda mümkün qədər söhbət eləmək lazım gəlir. Nəyi sevdiyindən daha çox nece sevdiyi önəmli. Partnyor seçərkən, sırf görünüşünə və ya maddi durumuna görə seçənlər gecələr gözü yaşlı palatoka baxırlar. Çünki uyğunluq yoxdur, bir- birini tamamlaya bilmirlər. Hər bir insanın bir qırmızı nöqtəsi olur. Onu keçməmək gərək. Partnyorun istəklərini nəzərə almalısan. Məsələn: kişi istəyir qadın ona minet eləsin,amma bunu deyə bilmir. Çünki arada pərdə var. Götürmək istəmir. Ola bilər , bu qadının da ürəyindən keçir . Amma düşünür ki, bunu etsəm haqqımda nə düşünər? Gördüyünüz kimi bir-birini nə anlaya,nə tamamlaya bilirlər. Bir çox qadınlar yataqda şiddətə meyilli olur. Daxilində zorlanmaq arzusu var. Qarşısında güclu kişi görmək istəyir. Qadını özünə tabe etsin. Bəzi hallarda vulqar sözlərdən də istifadə eləsin. Amma unutmayın ki, bu ancaq yataqda olmalı və orda qalmalıdır. Çünki adi həyatda həmin sözlər qadının qürurunu sındırar… Unutmadan qeyd edim ki, Qadın zorlanmaq istəyir, amma bəzi istəmədiyi şeyləri zorla etmək olmaz. Bu onda travma yaradar. Qarşı tərəfdən iyrendirib soyudar. Bir şeyi də əlavə etməliyəm,bu çox vacib məsələdir. Qadın kişisinə, kişi qadınına heç vaxt hörmətsizlik etməməlidir. Həyatdır, insanlar dalaşır sonra barışır. Ama bəzi şeylər unudulmur. Həyatdakı davranışlar yataqda da özünü biruzə verir. İstek həvəs, ehtiras ölür bəzən. Sizcə insanlar bir birinə niyə xəyanət edir? Çünki kişi qadının gözündə özünü kişi kimi görə bilmir. Bu o demək deyil ki o kişi deyil. Ama partnyorun gözündə bunu görmək kişiyə həmişə həyəcan verir. İstek yaradır. Başqa qadına baxıb bəyənə bilər. Amma ona qarşı istəyi olmayacaq. Kişilərin başqa qadın axtarması ən çox da bu səbəbdəndir. Özünü birinin gözündə kişi olaraq görmək. Çünki kişilər neçə yaşda olur, olsun önəmli deyil, həmişə uşaq kimidir. Tərif və diqqət istəyir. Evdə onu problemlərlə yoran qadının yanından qaçıb başqa yerdə özünə sığınacaq tapır. Onu anlayan birinə ehtiyac duyur. Qadınlar da eynən belədir. Ama qadınlar kişilər kimi xəyanətə asanca meyl eləməz. Sizcə niyə qadınlar kişinin xəyanətini bəzən bağışlaya bilir ama kişilər qadınları bağışlaya bilmir? -Çünki kişi xəyanəti fiziolojidir. Başqası ilə sevişən zaman belə ürəyi sevdiyinin yanında olur. Olmasa da ondan vaz keçmir. Yenə sevdiyinə qayıda bilir. Ama qadın xəyanətə edirsə deməli vaz keçib. Onun üçün daha əhəmiyyətin yoxdur. Həm fiziki həm mənəvi xəyanət edir. Öz kişisi ilə sevişən zaman belə sevdiyi başqa adamı düşünəcək beynində. Kişisinin onun üçün önəmi qalmayacaq. Və zamanla sevmədiyi biri ilə yaşadığı üçün hətta ondan zamanla iyrənə bilər. Sevmədiyi, istəmədiyi biri ilə yaşamaq və hər gecə onunla sevişməyə məcbur qalmaq onun tərəfindən zorlanmaq deməkdir. Kişi bəzən kənarda öz həyatını yaşaya bilir. Ama qadın edə bilmir. Və beləcə bir ömrü məcburi yola verir. Sevmədiyin həyatı yaşamaq istəmirsənsə qarşındakı insanın istəmədiyi şeyləri eləmə. Ola bilər, sevgi zamanla gələr, keçər. Amma hörməti, heç vaxt çalış, itirmə. Bunun sonra çox acı nəticələri olur… İlişkini özündən orqazm etməyə çalış. Orqazm demişkən-bu sözü çoxu bilmir. Hardasa eşidib, ya da oxuyub. Orqazm bilirsiz nədir? İşdən yorğun gəlib, gülər üzlə qarşılanırsan. Yeməyini yeyib oturursan divanda. Çay içərək pultu əlinə alıb sevdiyin kanallara baxırsan. Həm fiziki həm mənəvi dincəlirsən. Bax orqazm da odur. Həm fiziki, həm mənəvi dincəlmək. Seksin bitib bədənin boşalması orqazm deyil. Seksdə qadının bədəni seksə hazır olmamış kişilər orqazm olur-yəni boşalır. Qadın isə yarımçıq qalır. Bir çox kişilər bunun fərqində deyil. Sizlərə gülməli gəlsə də bunu deyəcəm yenə. Heç qadınların çoxu da bilmir ki, orqazm nədir və necə olur. Öz bədənini tanımayan, nədən zövq aldığını bilməyən qadınlar da var. Bunun ən böyük səbəbi partnyordur. Çünki bir çox kişilər yataqda heçnə bacarmır. Qadına necə toxunmaq, necə öpmək lazımdır, hələ bilmirlər. Kişi bunu etmədikcə, qadın da nədən xoşu gəlib nədən gəlmədiyini anlaya bilmir. Çünki hər toxunuşdan yeni istək yaranır. Sizə görə seks necə olmalıdır? Gecə? Hamı yatandan sonra? Məncə yox. Seks ürəyin qarşı tərəfi nə vaxt, harda arzuladısa onda olmalıdır. Daha həyəcanlı olur. Ehtirasdan yanır insan. Təsəvvür edin ki, partnyorunuzla hardansa evə gəldiz. Yorğunsunuz. Ama heləyəcanlısınız. Gecə saat 2-ni gözləməkdənsə, elə qapının arxasındaca bir-birini soyundurub sevişmək olmaz? Bir azca dəlilik, bir az vəhşilik.. Gecə saat 2-ni də gözləyə bilərsiz. Ama həmin ehtiras olmayacaq ki.. Seks üçün arzu istek lazımdır. Belə bir şey də təsəvvür edin. Qadın mətbəxdə qab yuyur. Evdə kimse yox. Yalnız Ikiniz.. Qadının sinəsi azca görünür. Qabağa eyikdikce sinəsi nazik koftasini deşib çıxmaq istəyir. Onu sakitcə kənardan süzmək belə insana ehtiras verir. Gəlib arxadan qucaqlayıb boynundan öpsən.. Qucaqlayıb əllərini bir birinə keçirib özünə sıxsan. Qulağının dibində dərin bir nəfəs alıb qoxusunu içinə çəksən.. Yanağından öpə-öpə dodaqlarına gəlsən,görəcəksən qadının gözləri yavaş yavaş yumulur. Sən də yavaş-yavaş donunu yuxarı çəkib onla bir bədən olsan.. Əvvəlcə tələsmədən.. Sonra iti hərəkətlə özünə çəksən.. Hər dəfəsində onun qəlbinə girsən.. Nəyi var. Sərtlik nümayiş etsən.. Özünə tabe etsən,qadını orqazma çatdırmış olarsan. Orqazm üçün orqanın ölçüsü çox da önəmli deyil. Önəmli olan düzgün istifadə etməkdir. Qadınlar istəyir ki, ilk seksi uzun müddətli olsun. Amma hər kişinin organizmi buna tab gətirə bilmir. Bir çox kişilərdə ilk kontakt qısa müddətli olur. Çünki tez həyəcanlanır. Ona görə də yaxşı olar ki, qadın ilk seansı masajla yola versin. İkincidən başlasın. Bunu da qadınlar sevmir. Çünki o ilk həyəcanı yaşamaq istəyir. Çünki o ilk kontaktda cinsiyyət orqanı dəmir kimi möhkəm olur. Sonra bir az boşalır sərtliyini itirir. Kişi də çox davam edə bilmir. Bunun üçün müxtəlif dərmanlar var. Amma buna gərək yoxdur. Sizə asan yolu deyim?
Dərmansız yolu budur ki, çalışın, qadını çox yaxın buraxmayın. Siz ona toxunub, öpün ama o sizə yaxın gələ bilməsin. Məsələn sacından tutub sıxın özünüzə, bərk qucaqlayın. Divara dirəyib əllərini qaldırın yuxarı, tərpənə bilməsin. Ayağının birini salın ayağınınızın arasına qaldırın yuxarı. Aşağı yuxarı.. Tam ehtiraslansın. Sacından tutub boynundan boğazından öpmək olar.. Dodağına yaxın gəlib sizi öpmək istəyəndə bir az geri çəkilin. Bir az acıq verin. Ozünüzə həsrət qoyun daha çox istəsin ama əldə edə bilməsin. Sərtlik olsun hər asta hərəkətində. Bu qadını daha çox ehtiraslandırır. O sərtlik və ehtiras səsində və gözündə də olmalıdır. Çünki sən qadından ləzzət aldığın qədər o da səndən ləzzət ala bilməlidir. Qadın kişisini ehtirasnaldırdığını hiss edəndə daha çox ehtiraslanır. Seksin uzun olması üçün minimum təmas gərəkdir. Qadını üzü divara, ya yatağa tərəf əymək lazımdır. Çünki üst-üstə olan zaman daha çox təmas olur, kişi tez orqazm olur, tez yorulur. Ona görə ayaq üstə ya qadın əlləri və dizləri üstə olmalı. Saçından geri çəkirsən ki, qabağa qaça bilməsin. Tez-tez sevişməyə gərək yoxdur. Yavaş, ama sərt hərəkət yaxşıdır. Qadınlar sevişəndə ya səsli ya səssiz olur. Səssiz tip qadınlarla effekt yoxdur deyə həvəsdən düşməyin. Əsas odur ki, onu izləyə bilin. Qadının nəbzini tuta biləsən gərək. Hiss edəsən nə istədiyini -ən əsası da necə istədiyini. Yoxsa işin çətindir. Bir qadını orqazma çatdıra bilsən, o, sənin fahişən olar yataqda. İstədiyi, istəmədiyi nə varsa kişisi üçün edəcək. Bu haqda daha çox və geniş yaza bilərəm, amma yazımı müəyyən bir çərçivəyə salmağa məcburam. Unutmayın ki, hər bir qadın yeni tumurcuqlamiş gül kimidir. Qoxusunun səni bihuş etməsini istəyirsənsə, gərək əziyyət çəkəsən..
Aşraf Ali AzTimes.az