NARAHAT AZTV-Əməkdaşların bunları bilməsi VACİBDİR

Baxılıb:1017
NARAHAT AZTV-Əməkdaşların bunları bilməsi VACİBDİR

Hesablama Palatasının AzTV-də yoxlamalar aparmasından sonra bu kanalın sədri Rövşən Məmmədovun göstərişi ilə iyulun axırında struktur vahidlərinə ayrılan pul vəsaitinin kəsilməsi ilə bağlı məlumat verilmişdi.
Deyilirdi ki,hər bir redaksiya,studiya,
departament,şöbənin büdcəsi təxminən 10-15 min manat azaldılıb.Bir sözlə,Rövşən Məmmədov ilin tam ortasında qənaət rejiminə keçib.Bunun səbəbkarı isə o özüdür.Onun yarıtmaz idarəçiliyi nəticəsində bu cür vəziyyət yaranıb.Əslində “Yarıtmaz idarəçiliyi” ifadəsi Rövşən Məmmədovu “vəsf etmək” üçün işlədə biləcəyimiz  ən güzəştli sözlərdi.AzTV başbiləninin əməlləri barədə çox informasiyalar var.Bir çoxu artıq mediada verilib.İndi isə artıq bu aydan işçilərin qonorarlarının əhəmiyyətli dərəcədə azaldılması barədə xəbərlər eşidilməkdədi.Maliyyə pozuntularının təfsilatını yəqin Hesablama Palatasının rəsmi açıqlamasından sonra tam biləcəyik.Digər qanun pozuntularını isə digər dövlət təşkilatları araşdırmalıdılar.Maliyyə Nazirliyi,Vergilər Nazirliyi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bu nazirliyin nəzdindəki əlaqədar təşkilatlar nəhayət AzTV-yə ciddi nəzər yetirməlidilər.

Hörmətli adıçəkilən nazirliklər,sizin adınızın üzərində nəzarət sözü var.Hər hansı müəssisəyə öz səlahiyyətinizə müvafiq olaraq nəzarət etmək öhdəliyi,vəzifəsi sizə verilib.İki ildən çoxdur AzTV-nin sədri Rövşən Məmmədovdan,onun yaxın ətrafından şikayətlərin ardı-arası kəsilmir.Artıq bu məsələlər tam ictimailəşib.Belə olan təqdirdə sizin heç nə olmamış kimi hərəkətsizliyiniz başa düşülmür,hətta şübhə doğurur.

Əlaqədar təşkilatlar işlərini görənə kimi isə hər bir işçi vətəndaş olaraq qanunvericiliyin bizə verdiyi hüquq çərçivəsində hərəkət edə bilər.Məvacibləri,qonorarları azaldılan,kəsilən hər bir əməkdaş qanunun aliliyindən yararlanaraq işəgötürənin qanunsuz davranışlarının qarşısını ala bilər.
Beləki,Azərbaycan Respublikası Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən (İşçilərin haqq-hesab sənədləri)

 1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.

  1. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir:
    hesablanmış əmək haqqının ümumi məbləği;
    əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri;

əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği;

faktik ödənilən məbləğ;

tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.

  1. HAQQ-HESAB SƏNƏDLƏRİ (KİTABÇALARI, VƏRƏQƏLƏRİ, ÇEKLƏRİ) ONLARI TƏRTİB EDƏN MÜHASİB TƏRƏFİNDƏN İMZALANIR VƏ HƏR DƏFƏ ƏMƏKHAQQI VERİLƏRKƏN İŞÇİYƏ TƏQDİM EDİLİR.
  2. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. HƏR DƏFƏ ƏMƏKHAQQI VERİLƏRKƏN İŞÇİNİN TƏLƏBİ İLƏ O, KOMPÜTER YADDAŞINDA SAXLANILAN BU HESABLAMALARLA  TANIŞ EDİLİR. BU MƏLUMATLAR İŞÇİNİN XAHİŞİ İLƏ ÇAP EDİLİB ONA VERİLƏ  BİLƏR.

Deməli,pulunuzun haqsız yerə azaldıldığını iddia edirsinizsə,hər biriniz ən azı qanunvericiliyin sizə verdiyi bu ixtiyardan istifadə edərək hər dəfə mühasibatdan şəxsinizə aid haqq-hesab məlumatını müraciət edərək götürə bilərsiniz.
Haqqınızı bilin ki haqqınız yeyilməsin.

Pərvin Abışova ,AzTimes.az


Abunəlik