“Hər Rövşəndən Koroğlu olmaz!”-AzTV yoxsa dost-qohum şirkəti

Baxılıb:777
“Hər Rövşəndən Koroğlu olmaz!”-AzTV yoxsa dost-qohum şirkəti


AzTV-nin keçmiş əməkdaşı Saidə Vəliyeva artıq 10 aydan çoxdur ki,bu şüarla hüququnun bərpası uğrunda mübarizə aparır.

AzTimes.az xəbər verir ki, haqq işinə görə sosial şəbəkələrdə fəallığını artıran Saidə xanım facebook hesabında növbəti yazısı ilə diqqət çəkib.

“El arasında belə bir deyim var: “çörək kəsmək”.Bu təkcə oturub kimləsə xörək dadmaq deyil,dostluq,
yoldaşlıq etmək mənası verir.And içməyə bərabər sayılır.Kişilik sınağı kimi başa düşülür.Duz-çörəyi itirənə aramızda pis baxılır.Amma aramızda elələri də var ki sözün həqiqi mənasında çörək kəsirlər,
əllərinə düşən fürsətdən yararlanıb başqalarının halal çörəyinə bais olur,pul-parasını,qazancını mənimsəyirlər.
Azərbaycan Televiziya və Radiosunun dinamik-mütəhərrik rəhbəri Rövşən Məmmədov məhz ikincilərin sırasında yer alır.İzahını verək,siz də eşidib agah olun.Bilin ki,Rövşənin 2,7 il ərzində yediyi nanü-nəməyinin,təpişdirdiyi dürməyinin mayasının bir hissəsi haradan əmələ gəlirmiş.
Rövşən Məmmədov arvadının qohumları olduğu deyilən mühasibatdakı Anar və Niyaməddin adlı işçilərin iştirakı ilə hiyləgər bir mexanizm qurub.Məsələn,hər hansı bir işçi cəzalandırılır-töhmət,şiddətli töhmət verilir.Bundan sonra Raqif oğlu Rövşənin oyununun ikinci hissəsi başlayır.Qonorar şöbəsinin müdiri Anar və mühasibatda bütün maliyyə məsələlərinə nəzarət edən Niyaməddin  sədrlərinin təlimatına uyğun olaraq hərəkətə keçirlər.
Rövşən işçiyə olan kininin,qəzəbinin,bəzən də paxıllığının dərəcəsinə uyğun olaraq göstəriş verir ki,birinin qonorarını 25 faiz kəs,o birindən 30 faiz doğra,başqasının qonorarının yarısını,yəni 50 faizini tut.
İşçilərin də əksəri indiki çətin vəziyyətdə real iş yerini itirməmək üçün susub dözürlər.Bəziləri isə qanunvericiliyi bilmədiklərinə görə fırıldaqdan baş açmırlar.Qanun isə bildirir ki,bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir.Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.Yəni işçiyə töhmət və ya şiddətli töhmət verilibsə,daha əlavə olaraq cəza kimi pulunu kəsmək olmaz.

Bu dəstə bir şeyi də diqqətdən qaçırıb-elektron hökumət portallarını.Orada hər bir vətəndaş haqqında məlumat,həmçinin aylıq əməkhaqqı əks olunur.AzTV-nin mühasibatı pulları kəsəndə nədənsə portalda bu azalma əks olunmur.Çünki əməlləri qanunsuzdur,bunu daxili əməliyyat kimi yerinə yetirirlər.Bəs sual olunur: aradakı o məbləğ hansı büdcəyə gedir??? Nəzərə alsaq ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin 2 mindən çox kollektivi var və Rövşən gələndən bu kələk çoxuna gəlinib,onda maxinasiyanın miqyasını təsəvvür edin.
Belə çıxır ki,Rövşən Məmmədov noxud boyda təfəkkürü ilə bu dövləti öz jarqonu ilə desək, görməzdən gəlir.”


Abunəlik