DYP Qaxda reyd keçirdi-FOTOLAR
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər barəsində tədbir görülüb
Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir. DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan AzTimes.az-a verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanıb.Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.