Əzrayılın gəlişi-Əntiqə Rəşidin qələmində

Baxılıb:632
Əzrayılın gəlişi-Əntiqə Rəşidin qələmində

Günlərin bir günü bir kəndə xəbər çatır ki, bəs Əzrayıl kəndə qonaq gəlir. Gəlib bütün evlərə bala paylayacaq..Xəbər kənd camatına çatan kimi çaxnaşma düşür, mərəkə qopur. Deməli, hər kəs uşağın aparıb bir yerlərdə gizlətməyə çalışır. Ot tayasında, ağacın başında, çarpayının altında , evin damında, harda bir örtülü yer var balaların basırlar ora, gizlədirlər. Bir cavan, subay oğlan da bu çaxnaşmanı, qoymahaqoymanı kənardan müşahidə edirmiş. Maraq ona üstün gəlir, balasını hay-həşirlə gizlədən kişinin yanına gəlir və soruşur: -Ay insan, niyə təlaş edirsiniz? İndi nolsun Əzrayıl gəlir, can almağa gəlmir ki… Bala paylamağa gəlir də…Kişi həyəcanla, təlaşla cavanı başa salmağa çalışır: -Ey cavan gələn Əzrayıldı. Ömrü boyu can alıb, ev yıxıb, ocaq söndürüb, bədbəxtlik , gətirib. İndi bilmirik, məqsədi nədir ki, “bala paylamaq” adıyla gəlir. İşi –peşəsi bala öldürmək olan Əzrayılın payladığı bala başına dəysin, balasın istəmirik, amma bizim balamızla da işi olmasın.Elə belə çəkmirəm ee bu misalı Deməli, Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunan, Azərbaycan hökumətinin dəvəti ilə, iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər olub. Qarabağa ölkəmizdə fəaliyyət göstərən bir çox xarici ölkə səfirləri gedib. AmmaaaSəfərə çıxanların arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb. Düzdür,bu 3 ölkənin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də Şuşaya getməkdən imtina ediblər.Maraqlıdır ki, diplomatik korpusun nümayəndələri artıq yeddinci dəfədir ki, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Ağdama səfər edirlər. Amma Minsk Qrupunun həmsədri olan bu üç ölkəsi hələ ki, ayagını Qarabağa qoymaq fikrində deyillər. Bəlkə də elə bilirlər ki, Azərbaycan höküməti onları Qarabağa aparmaq üçün mütləq “Minsk Qrupu” söhbətini diriltməlidir. Uzaq tarixi demirəm, son 30 ildir hər 3 ölkənin bizim haqq işimizə qarşı ikili standartlara söykənmiş münasibətini dəfələrlə gördük! Ona görə də o balasını əzrayıldan gizlədən kişinin sözüb olmasın” “Ömrü boyu can alıb, ev yıxıb, ocaq söndürüb, bədbəxtlik gətirən” “əzrayıllar”ın Qarabağa gəlməməsi məsləhətdi. Siyasətləri, başlarına dəysin, bizim siyasətimizlə də işləri olmasın… Əntiqə – Əntiqə İşlər…

Əntiqə Rəşid AzTimes.az


Abunəlik