Biləsuvardakı dəhşətli qəzada ölənlərin sayı artdı
Biləsuvar rayonunda dünən axşam saatlarında baş verən qəzada ölənlərin sayı 3 nəfərə çatıb.
“Aztimes”in verdiyi xəbərə görə, hadisə yanvarın 27-si saat 23:00 radələrində Ələt-Astar magistral avtomobil yolun Biləsuvar rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər, Binəqədi rayon sakini Dəmirov Vəli Baxış oğlu idarə etdiyi “Mersedes Vita” markalı atomobilin idarəetməsini itirərək aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər Abşeron rayon Hökuməli kənd sakini Əliyeva Elmira Ağasəf qızı, Binəqədi rayon sakini Dəmirova Pürzəxanım Eynulla qızı və Həşimova Elnarə Hüseynağa qızı vəfat ediblər.
Verilən məlumata görə həmin şəxslər İrandan Bakıya gəlirmişlər.