Bu məşhurlar “Elit Park ” restoranın açılışında barışdılar-FOTO
Dünən Bakıda milli və dünya mətbəxinin yeməklərini birləşdirən “ELİF PARK” adlı yeni restoranın açılışı oldu.Təntənəli açılış mərasiminin təşkilatçısı AzTimes.az saytının redaktoru Pərvin Abışova oldu. İki yüz nəfərlik gözəl dizayna malik restoran asudə vaxtın səmərəli istifadəsi üçün əla düşünülmüşdür. Qonaqlar sözün yaxşı mənasında yeməklərin gözəlliklərindən təəccübləniblər.Açılış mərasimində tanınmış Media numayəndəri Pərvin Abışova, Mirismayil Xələfli, Peyman Sadıqov, Dəyanət Babayev və Nuranə Abdullayeva oldu.
Qeyd edək ki, “ELİT PARK” restoranın sahibi Sahil Nəbiyev öz müştərilərinə geniş seçim imkanları və müxtəlif çeşidli menyü təklif edir. Burada kiçik banketlərin təşkili də mümkündür. Yaxın ərazilərə sifarişlərin çatdırılması xidməti də mövcuddur. Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi 3095 ünvanında yerləşən məkan öz gülərüz vəpeşəkar personajları ilə sizin xidmətinizdədir. Əlaqə: +994504872229.
Açılış mərasimi həm də barışıq anına səhnəoldu. Uzun müddətdir aralarında qara yellər əsən Xəbəral.az saytının rəhbəri Mirismayıl Xələfli Və AzTimes.az saytının redaktoru Pərvin Abışova tədbirdə qarşılaşdılar. Həmkarlarının təkidi ilə qırğınlığı aradan qaldıran jurnalistlər bu tədbirdə barışdılar. Nəzərinizə çatdıraq ki, iki jurnalist arasında konflikt 36-cı polis bölməsində şəhid ailəsi ilə bağlı olayla başlamışdır. Mübahisə ilə başlayan fikir mübadiləsi şiddətli münaqişəyə çevrilmiş və onların bir-biri ilə əlaqəni tamamilə kəsməsinə səbəb olmuşdur.
Nüranə Abdullayeva /AzTimes.az/