Tural Abbaslı evlənmək üçün Operativ Qərərgaha müraciət etdi
Ağ Partiyanın başqanı Tural Abbaslı Redaktor.az-ın “Bizim müsahib” rubrikasının qonağı olub.
Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyəti dəyərləndirər Tural Abbaslı bildirib ki, hazırda ölkədə siyasi aktivlik var:
“İstər və müxalifət düşərgəsində nisbətən yeniliklər var”.
Nazirlər Kabineti yanında Operativ Qərərgahın qoyduğu qadağalardan söhbət açan T.Abbaslı toyların keçirilməsinə icazə verilməsini tələb edib:
“Əslində toylar keçirilir. Üç meymun anlayışı var – kar, kor, lal. Baş verənlər ona bənzəyir. Bakının mərkəzində, rayonlarda toylar keçirilir. Yaxşı edirlər, mən onları dəstəkləyirəm”.