Hirkan Milli parkından reportaj:”Müdir fermasına baş çəkməyə gedib”-İDDİA
Bu gün sizi Hirkan milli parkına qonaq edəcəyik. O Hirkan milli parkı ki, ərazisinə xüsusi qaydada nəzarət tələb olunur Azərbaycan flora və faunasinin ən inci nümunələri bu parkda qorunur. Qorunur? Parka iş günü ,iş saatı rahat şəkildə daxil olduq. Zünğüləş,Ağ körpü
Xanbulan buraxılış məmtəqələrində inşa edilmiş arkaların heç birində gözətçi gözümüzə dəymədi. Yolun kənarında xustar qaydada inşa edilən kafelər isə nə pandemiyaya əhəmiyyət verirdi, nə də təmizlik qaydalarına. İcarəyə götürülmüş idarədə olduq. O idarədə ki, əməkdaşları dəfələrlə kommunal xərclərin ödənilməsi üçün bizdən 30 azn pul yığılır deyirdilər. Oradan arkalardan niyə gözətçinin olmadığını soruşduqda bizə bildirdilər ki, o arkalar qanunsuz tikilib. Əslində heç kim oturmalı deyil. Bəs kimsə park ərazisində təxribat törətməyə cəhd edərsə? İsmayıl Kamalov bizə bildirdi ki, ərazidə inşa edilən istirahət mərkəzləri və kafelərin parkla 90 illik müqaviləsi var. Ordakı təhlükəsizlik qaydaları və vergidən yayınma barədə məsuliyyət bizim qurumun deyil. Dörd aydan yuxarıdır ki, rəhbər təyin olunmuş Aqil Sucayevdən fikir öyrənmək istədikdə onun əraziyə çıxdığı bildirildi. Halbuki əlimizdə olan əsaslı məlumatlardan bizə məlumdur ki, cənab Sucayev vəzifəyə təyin olunduğu gündən üzü bu yana bir dəfə belə olsun nə əraziyə çıxıb, nə akt tərtib edib. Hələ hakimiyyətinin ilk dönəmində parkda baş vermiş yanğının fəsadlarının müzakirəsi ilə tarixə imza atan direktor xəbər portallarının gündəmini təmin edən zibillik qalmaqalı ilə də yaddaslardadır.
Az keçmədi elə park əməkdaşlarından biri bizə məlumat sızırdı ki, Aqil Sucayev əraziyə yox, Neftçaladakı fermasına baş çəkməyə gedib. Nəzərinizə çatdıraq ki, Aqil Sucayev Qaz Emali zavodunun direktoru olub, adı katibə qalmaqalında hallanan Hüseynbala Mirələmovun bacısı oğludur.
Pərvin Abışova AzTimes.az