Səni donduran günəş-18+

Baxılıb:194
Səni donduran günəş-18+

Adi günlərin birində qarşına biri çıxar, o zaman həyatında ağ və qara rənglərdən başqa da rənglər olduğunu anlayarsan. Gülüşü ilə ürəyini alovlandırar, ovcunda gizləniləcək qədər zərif əlləri ilə bədənini isidər. Nəfəsinin hərarəti ilə ikinci dəfə bahar gələr həyatına. Səadətin günəş kimi doğar. Heç bir kəsdən görmədiyin diqqəti görərsən. Sevilmək hissini dadızdırar sənə. Səhərlər ayılanda uzaqda sənin səsini eşitmək üçün dünyaları fəda edəcək birinin mövcudluğunu hiss edərsən. Axşamları bişirdiyi yeməyin dadına belə baxmadan ac-acına yolunu gözləyən birinin olduğu qüruru ilə yaşayarsan. Kişi olduğunu xatırladar sənə. Yaşadığını, nəfəs aldığını…Kiminçünsə dəyərli, hörmətli olduğunu… Sən sevdiyin qadından qisas almaq üçün səni sevən qadını incidərsən. Sənə sevgi ilə baxan gözlərdə başqasını axtararsan. Hər sevişdiyində onu düşünərsən. O bunları  bilə-bilə  göz yaşlarını içinə axıdar sənə təbəssüm bəxş edər.  Sən dəyər verdiyin qadının qulağına xoş sözlər pıçıldayanda o sənin ona yazdığın mesajları oxuyar kəlmə -kəlmə. Bəlkə bir xoş cümləyə rast gələr deyə. Sən baş tacı etdiyin qadını qucaqlayıb yatanda o sənin qoxun çökmüş balışı qucaqlayıb göz yaşlarıyla yuyar. Vaxtını oğurlayarsan, gözəlliyini, dostlarını, tərk edərək tənhalığına səbəb olarsan. Bir gün işinə yaramadığını görüb onu elə ordaca qoyub gedərsən. “Hec zaman  buraxmayacam” dediyin qadını arxana belə baxmadan buraxıb gedərsən.

Səni xoşbəxtlik valsına oynadan həyatın toz dumanında itər o qadın.

Zaman keçər, anidən istifadə etdiyi ətri duyarsan, ağlın gedər. O nəvazişi, o diqqəti, o sevilməyi qəribsəyərsən. Hər qadında onu axtararsan. Amma heç biri onun kimi gülməz, onun kimi baxmaz, onun kimi toxunmaz sənə. Saxta sevgini bəxş edərkən qulağına pıçıldadığım “günəşim” həqiqətən günəş olar sənə. Yaxınlığı yandırdığı kimi uzaqlığı da dondurar səni. Bir zamanlar sənin ” Sevgi” limanına sığınmış o qadını axararsan…. Osa başqa gəmilərdə dalar bu həyatın fırtınalı burulğanına.

Pərvin Abışova /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir