“Qadınam, bacarıram” – FOTO

Baxılıb:457
“Qadınam, bacarıram” – FOTO

Qadınların uğurlu olması cəmiyyətin ümumi rifahının yaxşılaşması deməkdir. Məhz bu amili nəzərə alaraq “Coca-Cola” şirkəti 2010-cu ildə qadınların iqtisadi inkişafına dəstək olmağı özünün dayanıqlı inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi bəyan etmiş və 2020-ci ilin sonuna qədər bütün dünyada 5 milyon qadının inkişafına yardım etməyi özünə hədəf qoyub. Bu məqsədlə şirkət öz tərəfdaşları ilə birlikdə 100-dən çox ölkədə müxtəlif layihələrə dəstək olur. 

Azərbaycanda isə bu proses 2014-cü ildən başlayaraq davam etməkdədir. Bugünədək bir neçə uğurlu layihələr həyata keçirilib, müxtəlif bölgələrdə, 5000-dən çox qadın üçün yeni inkişaf imkanları yaradılıb. BMT-nin İnkişaf Proqramı, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ASAN Könüllüləri İctimai Birliyi və “Youth Inc” kimi tərəfdaşların dəstəyi ilə “Coca-Cola” bu istiqamətdə  olduqca uğurlu işlər görüb. Təsadüfi deyil ki, “Coca-Cola” Azərbaycan qadınlarının iqtisadi imkanlarının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi sahəsində həyata keçirdiyi işlərə görə ABŞ Dövlət Katibinin 2020-ci il üçün Korporativ Mükəmməllik Mükafatına layiq görülüb.

Lakin “Coca-Cola” bununla kifayətlənmir və Beynəlxalq Qadınlar Günü ərəfəsində yeni, “Qadınam, bacarıram” kampaniyasına start verir. Layihənin əsas məqsədi ondan ibarətdir ki, müxtəlif sahələrdə çalışan qadınlar öz təcrübələrini və uğur sirlərini bölüşüb gözəl xanımlarımızı daha böyük nailiyyətlər əldə etməyə ruhlandırsınlar.

Layihə çərçivəsində biz müxtəlif sahələrdə işləyən üç qadınla danışdıq, və onlara ilk baxışdan adi görünən 3 sual verdik.  

Nigar Köçərli — “Ali&Nino” kitab mağazaları şəbəkəsinin və ilk Milli Kitab Mükafatının təsisçisi.  

Həyatdakı ən böyük müvəffəqiyyətiniz?

Yəqin ki, ən böyük müvəffəqiyyət – öz daxili aləmimdə harmoniya yaratmaqdır. Hər səhər yeni günün sevincini hiss edərək oyanmaq və yaşadığın hər günə sevinməyi öyrənməkdir. 

Sizcə qadını uğurlu edən nədir? 

Əslində çox çətin bir sualdır və uğur deyiləndə nəyin nəzərdə tutulduğundan asılıdır. Zənnimcə, hər bir qadın və ya kişi üçün uğur – öz işindən xoşbəxtlik və həzz hissi almaq deməkdir. Mənim atam geofizika alimidir. 85 yaşına baxmayaraq hər gün işləyir və öz işini çox sevir. Mənim gözümdə atam olduqca uğurlu insandır.

Şəxsi karyerasını yeni başlayan qadınlar üçün tövsiyəniz?

Daxili səsinizi hər zaman dinləyin. Yalnız sevdiyiniz işləri görməyə çalışın. Özünüzü inkişaf etdirin: Təhsil, kurslar, özünü inkişaf kitabları. Bu yeganə investisiya üsüludur ki, sizi heçvaxt darda qoymaz! 

Jalə Əmirbəyova – Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini (AMTA), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədr müavini.

Həyatdakı ən böyük müvəffəqiyyətiniz?

Zənnimcə, müasir dünyada nadir hallarda insanın cəmi bir əsas nailiyyəti olur. Həyatımın hər mərhələsində mənim yeni müvəffəqiyyətlərim olub və onlar o dövrdə mənim üçün çox vacib nailiyyətlər idi. Cavanlıqda bu, təhsil almaq, peşə seçmək idi. Sonra ailə qurmaq, müvəffəqiyyətləri ilə qürur duyacağım gözəl, ləyaqətli övladlar yetişdirmək. Orta yaşlarımda isə müəllimlik peşəsində qazandığım müəyyən uğurlar və müvəffəqiyyətlərim. 50 yaşımdan sonra peşəmi dəyişdim, tədris sahəsindən kənd təsərrüfatı sahəsinə keçdim. Hal-hazırda bu sahədə qazandığım müvəffəqiyyətlərlə qürur duyuram. Gələcək üçün planlarım və arzularım var, alınsa, onlarla fəxr edəcəm.   

Sizcə qadını uğurlu edən nədir? 

Hər insanı uğurlu edən onun diqqətli, məsuliyyətli, əzmli, savadlı olması və öz işini sevməsidir.

Burada qadın və kişi ayrı-seçkiliyi yoxdur. Biznes – biznesdir və onun öz qaydaları və qanunları var. Bəzi insanlar hesab edir ki, biznəslə hər kəs məşğul ola bilər. Mən bununla razı deyiləm, çünki istənilən işdə müvəffəqiyyət qazanmaq üçün yuxarıda sadalanan xüsusiyyətlərdən başqa, müəyyən liderlik xüsusiyyətləri də lazımdır və bu xüsusiyyətlər hər adamda olmur. Seçdiyiniz yolun düzgünlüyünə inam və iradə uğur qazanmaq üçün kömək olur.  

Şəxsi karyerasını yeni başlayan qadınlar üçün tövsiyəniz?

Bu böyük sualdır, amma qısa cavab verməyə çalışsam: Hər şey xəyaldan başlayır. Sonra isə hər şey qadının hansı sahədə uğur qazanmaq istədiyindən asılıdır: Təhsildə, peşəsində yoxsa biznesində. Bu maddələrin hər birinin öz şərtləri var, lakin onları birləşdirən şərtlər də var. Vacib olan – arzunuzun gerçəkləşməsini istəməkdir.  

Süzanna Burezqi – “Iteca Caspian CEO” şirkətinin marketinq və ictimai əlaqələr şöbəsinin rəhbəri, Ericson International Beynəlxalq Kouçinq universtetinin PCC (Professional Certified Couch) səviyyəli kouçu, Emosional İntellekt İnkişafı üzrə mütəxəssis.  

Həyatdakı ən böyük müvəffəqiyyətiniz?

Əlbətdə, ana olmaq. Mən hər gün uşaqlarımdan öyrənirəm, və onlarla birlikdə böyüyürəm. Onlar mənim üçün yeni dünya yaratdılar. O dünyada mən özümü və ətrafımdakıları dinləməyi öyrəndim. O dünyada mən tələsməməyi, özümü dinləməyi öyrəndim. Uşaqlarımın sayəsində çox layihələr yaradılıb, onların arasında xüsusilə qeyd etmək istədiyim inkişaf xüsusiyyətləri olan insanlar üçün və o insanlar haqda yaradılmış “Fərqli Fərdlər” layihəsidir. Eləcədə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə bağlı olan layihə: Ötən ildən başlayaraq Heydər Əliyev adına Beynəlxalq Hava Limanı postsovet məkanında, “görünməz” (gizli) əlilliyi olan sərnişinlərə xüsusi yardım təklif edən ilk hava limanı oldu.

Sizcə qadını uğurlu edən nədir? 

Mən qadın uğurunu, başqa insanların uğurlarından ayırmazdım. Hər kəs üçün olduğu kim, mənim üçün də ilk olaraq uğurun məhz nə olmasını anlamaq vacibdir. Çünki uğur – hər kəsin özü üçün vacib və dəyərli olan amillər daşıyan subyektiv bir anlayışdır. Zənnimcə, vacib olan, öz yolunu tapmaq və şəxsi bacarıqlarını təkmilləşdirərək, öz yoluna sadiq qalmaqdır.  

Şəxsi karyerasına yeni başlayan qadınlar üçün tövsiyəniz?

Məsləhət vermək çox məsuliyyət tələb edir. Mən sadəcə şəxsi həyat formulumla və ola bilər ki, xeyirli bir vasitə ilə bölüşə bilərəm. İstənilən başlanğıcdan öncə, düşünmək üçün vaxt ayırın.

Hal-hazırda mən haradayam və hansı istiqamətə yönəlirəm? Bu layihəyə nə üçün və hansı məqsədlə qatılıram? Nəticədə nələr qazanmaq istəyirəm? Hal-hazırda mən kiməm? Prosses zamanı və prosesdən sonra kim olacam? 

İnsanlarda yaradıcı məxluqdur. Hər kəs individual və ən əsası – unikaldır. Özümüzlə daha yaxından tanış olduqda və özümüzü izlədiyimizdə, biz həm özümüz üçün, həm də dünya üçün gözəl imkanlar yaradırıq və beləliklə öz missiyamızı həyata keçiririk. Yer kürəsində hər kəsin, zənnimcə, öz missiyası var. 

Sosial şəbəkələrdə #QadınamBacarıram hashtagı-nı izləyin və bəlkə bu kampaniyada iştirak edən qadınlardan birinin hekayəsi sizi yeni nailiyyətlər üçün ruhlandıracaq!


Abunəlik