Məktəb direktorundan hicab qalmaqalı ilə bağlı AÇIQLAMA

Baxılıb:577
Məktəb direktorundan hicab qalmaqalı ilə bağlı AÇIQLAMA


Novxanıda yerləşən 1sayli tam orta məktəbin direktoru Taleyə Mirzəyeva “Patoncik Paroncik Niko-Niko”səhifəsində haqqında yazılan statusa fikir bildirib.

Bu barədə Aztimes.az-a danışan direktor belə bir hadisənin kim tərəfindən uydurulduğunu aydınlaşdırmağa çalışır. ” Mənim rəhbərlik etdiyim məktəbdə ümumiyyətlə hicab taxan heç kim yoxdur. Tədris ilinin əvvəlində bir yeni şagirdimiz gəlib, onun valideyni ilə söhbət zamanı soruşmuşam ki, uşaq özü istəyir, yoxsa siz qapatmısız? Valideyin gülərək susub. O zaman ona dedim ki, bizdə vahid məktəbli forması var, məktəbə gələndə forma ilə gəlsin, məktəbdən sonra yenə qapanar. Valideyn razı olub,şagird bu qaydada da davam edib. Heç bir problem, narahatlıq yaşanmayıb.
Mənim o səhifədə yazılanlardan xəbərim var. Səhifə admini və orada bilib-bilmədən təhqir dolu rəy yazanların bütün qeydləri alınaraq DİN,DTX və digər qurumlara təqdim edilib.
Hətta dünən mənə bir neçə dindar zəng edərək ölümlə təhdid edib. Yəqin ki, qanunlarımız çərçivəsində tədbir görüləcək”.


Abunəlik