Tarixdə bu GÜN

Baxılıb:427
Tarixdə bu GÜN

4 fevral 1895-ci il…
Dövrünün görkəmli şəxsiyyəti Hacı Mirzə Cavad Müctəhid Mirzə Əhməd Təbrizi oğlu Tıbrizdə müəmmalı şəkildə ölür. Onun ölümünə görə Təbriz şəhərində 40 gün matəm mərasimi keçirilir.
4 fevral 1990-cı il…
Saat 12:15-də Mingəçevirdə Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının birinci enerji blokunda generatorda güclü partlayış maşın zalının üst hissəsini qoparıb atır. Partlayış nəticəsində yüksək təzyiqlə çölə çıxan yağ yanmağa başlayır.
Saat 17 radələrində baş vermiş bu dəhşətli hadisənin qarşısı alınır. Azərbaycan DRES məhv olmaq təhlükəsindən qurtulur. Dövlətə külli miqdarda ziyan dəyir.
4 fevral 1992-ci il…
Roma Papası II İohanın Dağlıq Qarabağ ermənilərdən ibarət silahlı dəstələrinə və rus qoşun birləşmələrinin generallarına məxfi məktubu daxil olur.
Roma Papası erməni quldur dəstələrinə “Allahdan aldığı gücü” göndərir, ruslara isə Dağlıq Qarabağ uğrunda vuruşmanın “dini bir vuruşma” olduğunu xatırladır. (“…İmkan olarsa, Xocalıya gəlib, orada həlak olan erməni qardaşlarımın döyüş məkanlarında baş əyəcəyəm”), onlara dua edəcəyini (21 sentyabr 2003-cü il tarixdə Roma Papası Ermənistana gəlir və Qarabağın işğalı zamanı öldürülən ermənilərin məzarlarını yad edir) aşılayır.
4 fevral 1993-cü il…
Ermənilər keçmiş Ağdərə rayonunun Narınc və Çıraqlı kəndlərini işğal edirlər. Hər iki kəndin əhalisi öz yurdlarından didərgin düşür.
Ağdam şəhəri və şəhərə yaxın olan kəndlər ermənilər tərəfindən mərmi atəşinə tutulur. İtkilər və tələfat olur.
4 fevral 1994-cü il…
Tərtər şəhəri ilə Ağdərə yaşayış məntəqələri arasındakı 10 kvadratkilometrik sahə zolağında erməni qəsbkarları ilə azərbaycanlı əsgərlər arasında bütün növ silahlardan istifadə olunmaqla şiddətli döyüşlər gedir. İtkilər olur.
4 fevral 2011-ci il…
Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində (keçmiş Ağdərə rayonunun işğal altında olan “3 saylı sovxoz” yaxınlığında) genişmiqyaslı hərbi təlimlər keçirir…


Abunəlik