Qazaxlı Alikin Keşikçidağ insidentinə münasibəti

Baxılıb:1388
Qazaxlı Alikin Keşikçidağ insidentinə münasibəti

Son günlər ölkə gündəmini gündəmini zəbt edən “Keşikçiqala”insidenti ilə bağlı “AzTimes.az”ın media dəstəyi ilə adı çəkilən yüksəkliyə yürüş edən “Milli Fədai Hərəkatı”nın bu addımı ölkə ictimaiyyətinin rəğbəti ilə qarşılandı.Sərhəd qoşunlarının rütbəli zabitləri məsələ ilə bağlı xəbər portalımıza açıqlamalar verdi əsgərlərimizi öz gözümüzlə gördük və xalqımıza göstərdik.

Qazaxa getmişkən insident  ilə bağlı Qazax özünü müdafiə batalyonunun yaradıcısı və komandiri cəsur döyüşçü, hələdə adı dillərdə sevgi və rəğbətlə deyilən, yaşayan əfsanə”Qazaxlı Alik” ləqəbi ilə düşmənin qorxulu röyası olmüş Alik Muradovdan da məsələyə münasibət bildirməsini istədik.

“Bildiyiniz kimi bir neçə gün bundan öncə “Keşikçiqala”yüksəkliyində gürcü separatçısı Azərbaycan sərhədçisinin əlindən silahini alıb,sizin fikrinizcə bu insident “Topxana”meşəsi hadisəsi Qarabağ müharibəsinin başlanğıcı olduğu kimi Qazax bölgəsində də müharibə başlaması üçün səbəb ola bilərmi?”sualına Alik Muradov belə cavab verdi.””Topxana”hadisəsi zamanı sovet təbliğatı insanlarda fərqli fikirlər formalaşdırmışdı.Bu gün Ali baş Komandanımız İlham Əliyevin xüsusi nəzarəti ilə adı çəkilən ərazinin tam olaraq Azərbaycan ərazisi kimi tanınması üçün bütün resurslarla təbliğat gedir, mən inaniram ki aparılan işlər beynəlxalq müstəvidə təsirini göstərəcək,”Keşikşiqala”yüksəkliyi tam olaraq Azərbaycanın ərazisi kimi tanınacaq.Ona görə də düşünmürəm ki eyni hadisə Qazaxdada yaşana bilər.Azərbaycan sərhədçisi həmişə torpağı, vətəni uğrunda canını fəda etməyə hazırdır.Hadisədə Azərbaycan sərhədçisinin mülki vətəndaşa atəş açmaması onun hərbi hazırlıqı ilə bərabər siyasi hazırlıqınında yüsək səviyyədə olduğunu göstərir.Olkəmiz müharibə şəraitində yaşayır və insidentin təxribat olub-olmadığını bilmirik.Belə bir zamanda hüquqi statusu hələ ki müəyyən edilməmiş bir ərazidə qonşu ölkənin mülki vətəndaşına atəş açmaq təxribata getmək olardı”

 

Fərid Abdinov/AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir