Yaralı qaziyə gələn zəng heyrətləndirdi-Gorün kim…

Baxılıb:985
Yaralı qaziyə gələn zəng heyrətləndirdi-Gorün kim…

Bu günkü qəhrəmanımız II Qarabağ müharibəsi iştirakçısı Əsgər Rufullayevdir. O vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə ayağından və qolundan yara alıb.
“Fizuli, Cəbrayıl, Laçın uğrunda gedən döyüşlərdə iştirak etmişəm.Sonuncu döyüş çox ağır oldu. Düşmən əlinə düşmək qorxusuyla özümü qayadan atdım”.
Qolundan və ayağından ağır zədə alan Əsgər deyir ki, mənim heç kimin maddi dəstəyinə ehtiyacım yoxdur. Şükürlər olsun kasıbın olanından hər şeyim var. Sağam. Sağlamlığım yerinə gələn kimi işləyəcəm, ailəmi dolandıracam. Amma şəhid ailələri bizə əmanətdir. İstəyirəm ki, dövlət onlara diqqət və qayğı göstərsin. Mənim gileyim başqadır…
O, qeyd edir ki, mən yaralanıb gəldiyim müddətdən üzü bu yana nə doğulub boya-başa çatdığım Cəlilabad rayonunun aidiyyətliləri, nə də qapımızı imza üçün yağır edən Malik Həsənov bircə dəfə belə maraqlanmayıb. Məni axtaran bircə Elman Nəsirov oldu. Zəng etdi,özünü təqdim etdi. Çox səmimi şəkildə dialoqumuz oldu. Dedi ki, biz sizlərin və şəhidlərimizin hesabına bu gün qalıb ölkənin qalıb vətəndaşları kimi dimdik gəzirik. Sizlərin sayəsində bir zamanlar ancaq acı xatirə kimi andıgımız Şuşamıza, Laçinımıza,Zəngilanımıza qovuşmuşuq. Siz bizlərin qürur mənbəyimizsiniz. Bizlər də sizin əsgərimizik”.


Əvəz Hafizli /AzTimes.az/


Abunəlik