“Tanrı əzəli və əbədidirmi?”-Ruslan Rəsulzadə yazır
Bu dünyanın ən qocaman varlıqlarından olan insanın yaşı milyon illərlə ölçülür.Bəli həmişə insan olmadıq amma həmişə bu planetin üstündə idik. DNT-mizdə gizlənən milyon illik yaddaşın sadəcə son dönəmlərində insanlığın ən böyük utancını icad etdik.O icad ki min illər boyu insanlığı özünə kölə edəcək.Bu fiziki bir varlıq deyildi.Fikir utopiyasıydı,təxəyyül krallığı idi.Min illər boyu fərqli millətlərdən fərqli düşüncələrdən olan yalançıların hərəsinin bir kərpici ilə özümüzdə bilmədən nəhəng bir utopuya səltənəti qurduq.Bəli tanrı, var onu biz yaratdıq. Bəs gəlin görək dünya əhalisinin 60 faizinin düşüncələrinə ağalıq eliyən bu mif əzəli və əbədidirmi?
Əzəli sözü əvvəldən var olan deməkdi.İnsanlığın tarixini bilənlər yaxşı bilirlər ki bu gün inandığımız tək tanrı inancı Misir pramidalarından da cavandı.İnsan oğlunun son dönəm kəşflərindən olan tanrının təkamülü göz qabağındadı.Cəmi on min ilə tanrı bütlərdən, heyvanlardan göy cisimlərinə ordanda da sonsuz səmaya dini terminlə desək ərşə yüksəldi.Tanrıdan öncə biz ov silahlarını daş alətlərini əkinçilik alətlərini kəşf etmiş memarlığa yiyələnmişik.Hətda kanalizasiya sistemi belə ərəb və xiristiyan tanrılarından öncə kəşf edilib.Demokratiyanı belə yunanlar tanrılardan öncə kəşf və tətbiq etmişdilər.Dünyada ən ali idyalogiya olan demokratiya daima insanı alçaldan onu qul,kölə gözündə görən 3800 tanrı inancından min qat daha üstün və insanlığa faydalıdı.İnsanın kəşflərini, icadlarını incələdikcə görürük ki tanrı heçdə qoca deyil.Əzəli olan ya kainatın özüdür yada heçnə.
Tanrı əbədidirmi? Bunu incələmək üçün min illərlə keçmişə getməyə dəyməz . 200 il geriyə getsək avropada tanrının öldüyünü asanlıqla görərik.Çoxları tanrının qatili kimi Nitşeni tanısada mənim fikrimcə avropada tanrı utopiyasına ən ölümcül zərbəni Darvin vurub.Nitşe ölmüş tanrını sadəcə torpağa gömərək Avropanı vəbadan xilas etdi.Hə indi deyəcəksiz bəs bizdə niyə bu utopiya hələ qan eliyir,hər gün canlar alır? Biz həmişə avropadan bir neçə yüz il geridə olduğumuz üçün hələ çox dözməli olacıyıq bu din fırıldaqçılarına.Avropanın az qala 2500 il bundan qabaq icad etdiyi demokratiya şərq ölkələrində hələdə tətbiq edilmirsə, hələdə ərəblər qoyun kimi öz krallarına tabe olurlarlarsa,insan icadına kafir icadı deyirlərsə bizdə (şərqdə ) tanrı əbədi olaraq qalacaq.Nə yaxşı ki bu planetdə avropa var.Dayima elmi texnalogiyanı üstün tutaraq inkişaf edir bizədə öz şöləsini saçır.Nə qədər ki düşünən beyinlər var əzəli olmuyan tanrı utopiyası əbədidə ola bilmiyəcək.
AzTimes.az