Aqil Acalov: “Azərbaycan nəinki Gürcüstanda, dünyanın istənilən yerində öz soydaşlarının hüquqlarını və mənafelərini qorumaq iqtidarındadır”

Baxılıb:348
Aqil Acalov: “Azərbaycan nəinki Gürcüstanda, dünyanın istənilən yerində öz soydaşlarının hüquqlarını və mənafelərini qorumaq iqtidarındadır”

“Gürcüstanın muxalif Liberal Partiyasının sədri Şalva Natelaşvilinin səsləndirdiyi fikirlər kökündən yanlışdır. Mən əvvəla, onu qeyd etmək istəyirəm ki, biz bura köçmə xalq deyilik, buranın əzəli sakinləriyik. Qarapapaq türkləri Borçalının aborigenləri sayılır. Bu sərsəm fikirləri irəli sürmək lazım deyil”.
Aztimes.az xəbər verir ki, bunu ictimai xadim, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov bildirib. Onun sözlərinə görə, Azərbaycan türkləri Qafqazın ən qədim sakinləridir: “Xüsusilə də Gürcüstan azərbaycanlıları Borçalının ən qədim sakinləridir, bunun tarixi faktları, sübutları var. Ən azından toponimlərə fikir vermək lazımdır. İnsan nə qədər savadsız olar ki, bu cür fikirlər səsləndirsin?!
Keçmiş müdafiə naziri İrakli Okuruaşvili də deyir ki, Gürcüstandakı azərbaycanlıları bir günün içində qovarlar. İlk növbədə onu deyim ki, Gürcüstan azərbaycanlılarını öz doğma yurdlarından, torpaqlarından qova bilməzlər. Bu, çox sərsəm bir fikirdir. Və onu da qeyd etmək lazımdır ki, Azərbaycan əvvəlki Azərbaycan deyil, bu gün bizim dövlətimiz kifayət qədər güclü və inkişaf etmiş bir ölkədir. Azərbaycan nəinki Gürcüstanda, dünyanın istənilən yerində öz soydaşlarının hüquqlarını və mənafelərini qorumaq iqtidarındadır. Onun nəzərinə çatdırım ki, bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir, dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Bu gün belə fikirlərin irəli sürülməsi birbaşa iki dövlət arasında nifaq toxumları salmağa hesablanmış addımlardır.
Gürcüstan azərbaycanlıları bölgədə kompakt yaşamaqla bərabər, həm də bir gücdür. Bütün dünyaya bəllidir biz tolerant, multukultural millətik, xarakterimizdə işğala meyl yoxdur və qonşu dövlətlərin ərazisinə iddia qaldırası deyilik. Baxmayaraq ki, onlar bizim tarixi torpaqlarımızdır belə bir iddia gözlənilən deyil.
Bu gün əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və cənab prezident İlham Əliyev tərəfindən də lyiqincə davam etdirilən Azərbaycan-Gürcüstan dostluq əlaqələri çox möhkəmdir. Bu uğurlu siyasət davam edir və hər iki dövlət regionda etibarlı müttəfiqdirlər. Azərbaycan bir qonşu dövlət olaraq Gürcüstana nə qədər yardımlar edir, güzəştlər edir. Düşünürəm ki, bu da ermənilərin bir oyunudur və iki dost ölkə arasında nifaq toxumu səpməyə xidmət edir. Bu da alınmayacaq. Çünki Azərbaycan və gürcü xalqlarını bir-birinə tarixi dostluq əlaqələri bağlayır. Sadəcə olaraq belə təxribatlara getmək lazım deyil, amma bu cür insanların da vaxtında və yerində dərsini vermək gərəkdir. Hər iki şəxs bizi ermənilərlə səhv salmasınlar. Biz azərbaycanlıyıq və Azərbaycan türkləriyik, yeri gələndə haqqımızı tələb etməyi, bizə qarşı səhv mövqe tutanları cəzalandırıb yerində otuzdurmağı yaxşı bacarırıq. Bizim xoş məramımızdan heç kim istifadə etməyə qalxmasın”.
Azərbaycan Ciu-Cutsu Federasiyasının Prezidenti Aqil Acalov /AzTimes/az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir