Moda gecəsinin diqqət çəkənləri – Fotolar
İtaliyada baş tutan “Versace” dəfiləsinə Emili Ratajkovski, Bella Hadid və Kaia Gerber damga vurub. “Qafqazinfo” xəbər verir ki, Milanda reallaşan gecədə birinci podiuma 2013-cü ildə Robin Thickenin klipində rol alaraq populyarlaşan Emili çıxıb.
27 yaşlı model qısa əl işi olan geyimi ilə diqqət mərkəzində olmağı bacarıb. Bella isə qısa ətəyi, ayaqqabıları ilə şarmına şarm qatıb, məşhur brendin geyimlərini alıcılara təqdim edib.
Onlardan sonra isə 90-ci illərin super modeli Cindy Crawfordun 17 yaşlı qızı Kaia Gerber səhnəyə çıxıb. O da “Versace” məhsullarının tanıtımı ilə məşğul olub.
Why viewers still make use of to read news papers when in this technological globe
all is available on net?