DİQQƏT: Koronovirusla mübarizə aparan həkimlərə hücum oldu

Baxılıb:206
DİQQƏT: Koronovirusla mübarizə aparan həkimlərə hücum oldu

Meksikada COVID-19-la mübarizə aparan həkimlərə hücumlar edilir.
AzTimes.az publika.az-a istinadən xəbər verir ki, hökumət kəndlilərin koronavirusla mübarizə aparan tibb işçilərinə hücumlarından narahatdır.
Meksika rəsmiləri həkimlərə yönəlmiş qəzəb hissinin yolverilməz olduğunu vurğulayıblar:
“Tibb işçilərinin hücuma məruz qalması bizi narahat edir”.
Səhiyyə nazirinin müavini Uqo Lopes-Hatel mətbuat konfransı zamanı bildirib ki, epidemiyanın üçüncü mərhələsində həkimlər virusun yayılmasının qarşısını almaqda əsas rol oynayacaqlar: “Həkimlərə qarşı aqressiya ictimai yerlərdə və nəqliyyatda baş verib”.
Meksikada koronavirusa 4219 yoluxma fatı qeydə alınıb. 273 nəfər ölüb, 21 277 analizin nəticəsi isə neqativ çıxıb.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir