Tərtərdə hadisə- Gənc sakin ölü tapıldı

Baxılıb:120
Tərtərdə hadisə- Gənc sakin ölü tapıldı

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-a bildirilib ki, yanvar ayının 1-də saat 1 radələrində Tərtər rayonu ərazisində rayon sakini, 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, 2009-cu il təvəllüdlü Fuad Quliyev saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.


Abunəlik