Heyvansevərlər oğurluq etdi?- DİN-dən AÇIQLAMA

Baxılıb:299
Heyvansevərlər oğurluq etdi?- DİN-dən AÇIQLAMA

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib:

“Sorğunuza cavab olaraq bildirirəm ki, Siyəzən şəhər sakini A.Hüseynova Siyəzən RPŞ-ə ərizə ilə müraciət edərək yaşadığı evdə saxladığı heyvanlarla (pişiklərlə) bağlı çəkiliş edən bir neçə nəfər xanımın onun evindən 2 ədəd telefon, 1 ədəd planşet, 240 manat pul, 1 ədəd bank kartı və anasının şəxsiyyət vəsiqəsini oğurladığını bildirib.

Araşdırmalar zamanı Bakı şəhər sakinləri A.Əliyeva və A.Məmmədova izahatlarında evdən 2 ədəd telefon, 1 ədəd planşet və telefonun üzlüyünün içində olan 1 ədəd bank kartını və 1 ədəd şəxsiyyət vəsiqəsini götürmələrini etiraf ediblər.

Hazırda faktla bağlı Siyəzən RPŞ-də müvafiq araşdırmalar aparılır.”


Abunəlik