Qaradağda faciə – Ana ilə qız 9-cu mərtəbədən…
AzTimes.az xəbər verir ki , Qaradağ rayonunda ana və qızı yaşadıqları binanın doqquzuncu mərtəbəsindən yıxılıblar. Hadisə Sahil qəsəbəsində qeydə alınıb.
Eyvanda aynaları silən yeniyetmə qız ehtiyatsızlıqdan yerə düşüb. Son anda qızını xilas etmək istəyən anası da müvazinətini itirərək onunla birlikdə yıxılıb.
Hadisə nəticəsində ana – 39 yaşlı Tarverdiyeva Pərvanə Bilal qızı həyatını itirib, qızı 15 yaşlı Z.T(ad şərtidir )isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb.