Kolanı məktəblilərinin taleyi zənglərə fobiyası olan idarə müdirinin ümidinə qalıb- ŞİKAYƏT

Baxılıb:647
Kolanı məktəblilərinin taleyi zənglərə fobiyası olan idarə müdirinin ümidinə qalıb- ŞİKAYƏT

Bir qrup kənd sakini AzTimes.az saytına müraciət edərək Hacıqabul rayon Kolanı kənd tam orta məktəbinin artıq qəza vəziyyətində olmasından şikayət edərək məsələni ictimailəşdirməmizi xahiş edirlər.
Məktəb  binası təhlükə saçır.

İlk baxışdan təmirli kimi təsir bağışlayan məktəb , necə deyərlər üstü bəzək , içi isə….   Bütün elektrik  xətləri yararsız vəziyyətdədir.  azyaşlılardan  biri ehtiyatsızlıq edərsə, bu ölümlə nəticələnə bilər. Şagirdlər hər gün bu təhlükə ilə üz-üzə qalırlar. Məktəbin nə istilik sistemi var, nə də döşəməsi yararlıdır. 

Kənd də yerləşən bu binaya bu vəziyyətdə olan döşəmədən ilan, siçan kimi canlıların girərək şagirdlərə ziyan verməsindən heç kəs sığortalanmayıb .   Bütün bu çətinliklərə baxmayaraq məktəbin Facebook sosial şəbəkəsində fəaliyyət göstərən səhifəsinə nəzər saldıqda  xeyli uğurlara imza atildigının da şahidi olduq.  Burdan bütün pedaqoji kollektivə halal olsun deyirəm ki, belə çətin şərtlər altında öz peşə fəaliyyətlərini layiqincə yerinə yetirirlər. Məktəb binasının əsaslı təmiri, yaxud yeni binanın tikilməsi ilə bağlı məlumat öyrənmək üçün  Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimalı ilə əlaqə saxlamağa çalışsaq da , birgə iştirak etdiyimiz konfranslarda çox gözəl natiqlik nümayiş etdirən müəllim zəngimizə cavab vermədi. Eybi yox, başadüşüləndir.İndi səhnə ulduzlarından çox vəzifəli şəxslər ulduz xəstəliyinə tutulub.  Bu dəfə  müavin Rövsən müəllimlə danışdıq. Müəllim məsələ ilə bağlı idarənin mətbuat xidməti Gülay Qambarzadənin  məlumat verəcəyini bildirərək bizi ona yönəltdi. Xanım bizi sorğu -sual etdikdən sonra gün ərzində məlumat verəcəyik barədə vaxt alıb sağollaşdı. Bundan sonra üç şəxsin heç biri zəngimizi açmadı. Məktəbin direktoru Arifə Əliyeva isə məktəbin təmirinin və ya yeni bina tikintisinin onun səlahiyyətində olmadığı üçün heç bir məlumatının olmadığını dedi.
Hörmətli Sənan Mənsimli və əməkdaşlarına bildirək ki, biz onları nədəsə mühakimə etmək üçün narahat etməmişik. Media ancaq sorğu verir, sorğusuna cavab istəmək onun haqqıdır. Amma sizlərin atdığınız addım beyinlərdə başqa suallar yaradır.   Gənc idarə rəhbəri bilməlidir ki, onun vəzifəsi konfranslarda pafoslu çıxış edərək “canfəşan  rəhbər” təəssüratı yaratmaqdan ibarət deyil. Kənd sakinlərinin haqlı narazılığına səbəb olan problemləri qabardaraq həlli üçün addım atmaqdır


Abunəlik