Binəqədi rayonunda 53 yaşlı qadını avtomobil vurub

Baxılıb:138
Binəqədi rayonunda 53 yaşlı qadını avtomobil vurub

Bakının Binəqədi rayonunda 53 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

1970-ci il təvəllüdlü Mehrəliyeva Sona Gəray qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona ənsə sümüyünün sınığı diaqnozu qoyulub.
Fakta bağlı araşdırma aparılır.


Abunəlik