Ailə Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndələri övladı polis tərəfindən saxlanılan ailədə oldu
AzTimes.az xəbər verir ki, Göyçayda yeniyetmənin polis tərəfindən saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatdan dərhal sonra Ailə Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin Zərdab rayon Uşaq və Ailələrə dəstək mərkəzinin əməkdaşları dərhal Çərəkə kəndində ailəyə baş çəkmiş , sözügedən yeniyetmə və onun anası ,yaxınları ilə söhbətlər aparmışdır. Ailənin üzləşdiyi çətinliklərin nəzarətdə saxlanılacağı, sosial müavinətlə təmin edilməsi üçün aidiyyəti qurumlarla əlaqə saxlanılacağı bildirilmişdir .